• $
  • €
  • ₽
  • ₺
  • £

Banklardan vətəndaşları sevindirəcək yenilik

Banklardan vətəndaşları sevindirəcək yenilik
29.05.2020 10:58
Bank­larda istehlakçılarının müraciətlərinə baxılmasına dair Metodoloji Rəhbərlik hazırlanıb.

Mərkəzi Bank bank xidmətləri istehlakçılarının hüquqlarının təmin edilməsində effektiv müdafiə mexanizmlərinin formalaşdırılması və əhalinin maarifləndirilməsi ilə bağlı irəliləyişlərə nail olmağa çalışır.

ANS PRESS-in Vergilər Nazirliyinə istinadla verdiyi məlumata görə, "Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və maliyyə savadlılığının artırılması” layihəsi çərçivəsində Mərkəzi Bank İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankı ilə sıx əməkdaşlıq əlaqələri qurub.

Mərkəzi Bankdan verilən məlumata görə, layihənin məqsədi bank xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində normativ hüquqi bazanın və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, bank xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif üsul və standartların hazırlanması, tətbiqi, əhalinin geniş kütlələrini əhatə edən məlumatlandırma metod və vasitələrinin tətbiq edilməsindən ibarətdir.

Layihə çərçivəsində "Bank­larda və bank olmayan kredit təşkilatlarında maliyyə xidmətləri istehlakçılarının müraciətlərinə baxılmasına dair Metodoloji Rəhbərlik” hazırlanıb.

Bu sistemin tətbiqi istehlakçılardan daxil olan şikayət, ərizə və təkliflərin kredit təşkilatları tərəfindən araşdırılıb cavablandırılması mexanizminin inkişaf etdirilməsinə, faktiki olaraq məhkəmələrdən kənar arbitraj institutunun formalaşmasına və bu istiqamətdə yeni mərhələnin başlanmasına təkan verəcək. Bu isə öz növbəsində istehlakçı və kredit təşkilatı arasında gələcəkdə yarana biləcək hüquqi mübahisələrin qarşısının alınmasına, istehlakçı məmnunluğunun yüksəlməsinə, kredit təşkilatlarına inamı gücləndirməyə və nüfuz risklərinin azaldılmasına gətirib çıxaracaq. Nəticə etibarilə bu tədbirlər bank sektorun inkişafına və maliyyə sabitliyinin qorunmasına xidmət edəcək.

Bununla yanaşı, Mərkəzi Bank hüquqi-tənzimləyici sistemin təkmilləşdirilməsi istiqamətində bir sıra qanunlara dəyişikliklər, məsuliyyətli kreditləşmə və istehlakçılarla müqavilə bağlanana qədər onlara təqdim olunacaq məlumatların açıqlanmasına dair Metodoloji Rəhbərlik, kredit təşkilatları üçün nümunəvi davranış kodeksinin layihələrini hazırlamış və bu istiqamətlər üzrə işlər davam etdirilməkdədir.

Xüsusilə, məsulliyyətli kreditləşmə siyasəti çərçivəsində banklardan istehlakçılarla müvafiq davranış prinsiplərinə riayət edilməsi, istehlakçılara gəlirlərinə uyğun məhsulların təqdim olunması, məhsulların qiyməti ilə bağlı düzgün və dolğun məlumatların açıqlanması ilə bağlı tələblərin sərtləşdirilməsi nəzərdə tutulur.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol