• $
  • €
  • ₽
  • ₺
  • £

“TANAP layihəsi üzrə boruların qaynaq işlərinə iyulda başlanılması planlaşdırılır”

“TANAP layihəsi üzrə boruların qaynaq işlərinə iyulda başlanılması planlaşdırılır”
20.06.2015 11:00
Türkiyə ərazisindən keçən Trans-Anadolu Təbii Qaz Boru Xəttində (TANAP) boruların qaynaq işlərinə iyulda başlanılması planlaşdırılır.

"APA-Economics”in "Praym” agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, layihənin reallaşdırılması, eləcə də Azərbaycanın "Şahdəniz” yatağının işlənməsi qrafikdə nəzərdə tutulduğu vaxtı qabaqlayır: "TANAP inşa olunur. Artıq bu layihə üçün 2,5 milyard dollar xərclənib. Tender yekunlaşıb və inşa işləri və boruların tədarükü ilə bağlı 6 milyard dollar dəyərində müqavilə imzalanıb. Boruların qəbuluna hazırlıq görülür. Çox güman ki, iyulda ilk qaynaq işlərinə başlanılacaq. Bizim fikrimizcə, 2018-ci ilin birinci rübündə "Şahdəniz”dən ilk qaz Türkiyəyə çatdırılacaq”.
 
"Şahdəniz” və TANAP layihəsi üzrə işlərin qrafiki qabaqladığını vurğulayan R. Abdullayev əlavə edib ki, maliyyələşmə ilə bağlı problem yoxdur. "Dövlət bizə kömək edir”, - deyə o qeyd edib.
 
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi” layihəsi üzrə tikinti işlərinin 2019-cu ildə başa çatacağı gözlənilir. TANAP-TAP qaz kəmərləri sistemi ilə Azərbaycanın "Şahdəniz” yatağından başlayaraq Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanın cənubuna qədər uzanacaq. Bu qaz kəmərləri ilə Türkiyəyə ildə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr qaz nəql olunacaq.
 
Layihənin dəyəri 45-48 mlrd. dollar dəyərində qiymətləndirilir. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol