• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik repetitorlarla bağlı açıqlama yaydı

Nazirlik repetitorlarla bağlı açıqlama yaydı
20.06.2015 14:20
Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərdə şagirdlərin repetitor xidmətindən istifadə halları azalıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, "Təhsil haqqında” qanuna və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, Təhsil Nazirliyinin 4 iyul 2011-ci il tarixli, 1199 nömrəli əmri ilə ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaq məqsədilə bilavasitə Təhsil Nazirliyi tabeliyindəki Bakı Avropa Liseyi, Akademik Zərifə Əliyeva adına lisey, Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey, Fizika-riyaziyyat və informatika təmayüllü lisey, İlyas Əfəndiyev adına "Elitar” gimnaziya pilot müəssisələri seçilmiş və müxtəlif təmayüllər üzrə tədris planları təsdiq edilib.

Bununla yanaşı, müvafiq işçi qrupları tərəfindən aidiyyəti təmayül sinifləri üçün tədris proqramları hazırlanıb pilot müəssisələrə çatdırılıb. Sonrakı illərdə "XXI əsr” Beynəlxalq Təhsil və İnnovasiyalar Mərkəzi, Kimya-biologiya təmayüllü lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb də pilot müəssisələr sırasına daxil olunub.

Təhlil göstərmişdir ki, ötən müddətdə həmin müəssisələrin rəhbərliyi və pedaqoji kollektivlərinin səmərəli fəaliyyəti sayəsində eksperiment müsbət nəticə vermiş, şagirdlərin təhsil nailiyyətlərində nəzərəçarpan irəliləyişlər əldə olunub. Eyni zamanda şagirdlərin repetitor xidmətindən istifadə halları azalıb, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi valideynlər tərəfindən razılıqla qarşılanıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol