• $
  • €
  • ₽
  • ₺
  • £

"Ramil Səfərovun azad olunması Vaşinqtonda həyəcan doğurdu"

"Ramil Səfərovun azad olunması Vaşinqtonda həyəcan doğurdu"
22.06.2015 09:33
2010-cu ilin yanvarından 2013-cü ilin iyulunadək ABŞ-ın Macarıstandakı səfiri olmuş Eleni Kunalakis "Xanım səfir” adlı dərc etdiyi memuarlarında Ramil Səfərov işinə də toxunub və bu məsələnin ABŞ-ın Macarıstana olan münasibətini dəyişdirdiyini bəyan edib. 

Oxu.Az-ın məlumatına görə, bu barədə yazı The Washington Post-da dərc olunub.

Macarıstanın baş naziri Viktor Orbanın hökumətini tənqid edən Kunalakisin sözlərinə görə, bu ölkədə "anti-semitizm güclənirdi, gənclərin əksəriyyəti iş üçün Qərbi Avropaya qaçırdılar”.

Keçmiş səfir vurğulayır ki, buna baxmayaraq, Avropa İttifaqı və ABŞ, ümumilikdə dünyanın baş verənlərə reaksiyası çox zəif idi.

"Yalnız azərbaycanlı zabitin azad olunması Vaşinqtonda həyəcan siqnalı doğurdu. 2012-ci ilin sonunda Orban birdən azərbaycanlı zabit Ramil Səfərovu ölkəsinə göndərmək qərarına gəldi”, - deyə, məqalədə bildirilir və həmçinin əlavə olunur ki, buna görə Ermənistan Macarıstanla diplomatik əlaqələrini kəsdi, Dağlıq Qarabağda isə vəziyyət gərginləşdi.

"Məgər onlar bilmirlər ki, onların bu hərəkəti müharibəyə səbəb ola bilər? Kim bunu yoluna qoyacaq - macarlar? Yox, macarlar bu işi qaydasına salmayacaqlar. Biz edəcəyik! Biz bu işi düzəltməli olacağıq!”, - deyə, Kunalakisə zəng edən ABŞ dövlət katibinin müavini Mari Yovanoviç bildirib.

Kunalakisin sözlərinə görə, bu kiçik tryuk Macarıstanın iyirmi ilə yaxındır ki, davam edən ABŞ-ın strateji tərəfdaşı statusuna son qoydu.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol