• $
  • €
  • ₽
  • ₺
  • £

Əcnəbiləri heyrətləndirən tamaşalarımız - Fotolar

Əcnəbiləri heyrətləndirən tamaşalarımız - Fotolar
22.06.2015 12:54


 

I Avropa Oyunlarını izləmək üçün şəhərimizdə qonaq olan xarici ölkə nümayəndələri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında olmuş və teatrda xüsusi olaraq turistlər və qonaqlar üçün tərtib olunmuş - M.F.Axundzadənin «Müsyo Jordan və dərviş Məstəli şah» və Ə.Haqverdiyevin «Pəri Cadu» tamaşalarını seyr ediblər. 


ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, Amerika Birləşmiş Ştatlarından, Meksikadan, İtaliyadan, Türkiyədən, Çindən və Pakistandan gəlmişturistlər tamaşadan sonra təəssüratlarını bölüşərək, I Avropa oyunlarının yüksək səviyyədə keçirilməsi, şəhərimizin füsunkar gözəlliyi, insanların istiqanlılığı haqqında xoş sözlər söyləyiblər. 


Qonaqlar tamaşalardakı milli koloritə, aktyorların peşəkar ifasına, səslənən canlı muğam parçalarına heyran olduqlarını xüsusi qeyd ediblər. 


İtaliyalı jurnalist qonaq turistlər teatrın diretkoru Əməkdar Artist Mübariz Həmidovla söhbətlərində ölkəmiz haqqından təəssüratlarını bölüşərək, teatr binasının dizaynının yüksək zövqlə qurulduğunu da vurğulayıblar: "Şəhərinizin milli və müasir görkəmi bir çox Avropa ölkələrini geridə qoyub. Teatrınız, seyr etdiyimiz tamaşalar isə yalnız dünyanın ən aparıcı teatrları ilə müqayisə oluna bilər. Biz Bakıda olduğumuza və belə mədəniyyət ocağını ziyarət etdiyimizə görə özümüzü son dərəcə xoşbəxt sayırıq”.  


Məlumat üçün bildiririk ki, I Avropa Oyunları ilə bağlı əcnəbi qonaqlar üçün nəzərdə tutulmuş tamaşaların nümayişi iyun ayının 29-a dək davam edəcək. 

 







 

 

 

 

                                                                               

 

 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol