• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistlərə Şahdağda verilən dəyər - FOTOLAR

Jurnalistlərə Şahdağda verilən dəyər - FOTOLAR
22.06.2015 15:05
Hər bir ölkənin, vilayətin, şəhərin gözəl, həm də özünəməxsus diyarı var. Bəlkə "gözəl diyar” ifadəsini deyil, "özünü daha yaxşı hiss etdiyin yer” adlandıraq bu diyarları... 
 
 
Elə insanlarda var ki, dünyanın başqa ölkəsinə gedib, oranın mənzərlərinə tamaşa edəndən sonra geri dönür və öz ölkələrini bəyənmirlər. Bu cümləni Azərbaycana aid etmək çox haqsızlıq olar. Yəqin ki, Azərbaycanı bəyənməyənlər vətənimizin gözəl və dilbər diyarlarında olmayıblar, bu gözəllikləri nə görüb, nə də onun şahidi olublar. 
 
 

Bu gün oxucularıma Azərbaycanın ən əsas istirahət zonalarından birinə çevrilmiş diyarından, eləcə də ən qədim yaşayış məskənlərindən biri - Şahdağdan söz açacam.
 
 

Bir neçə gün budan əvvəl "todaysbaku.az” saytı və Şahdağ Turizm Kompleksinin təşkilatçılığı ilə "Jurnalistlərə dəyər verək" layihəsini gerçəkləşdiriblər. Ölkənin ayrı-ayrı media qurumunda çalışan 30 jurnalist Qusar rayonuna səfər edib, Şahdağ Turizm Kompleksinin və burda yerləşən "Zirvə” hotelinin qış-yay turizm imkanları ilə tanış olub. Layihə rhbəri Vüqar Quliyev jurnalistlər üçün təşkil olunan bir günlük turun gələcəkdə daha da genişləndiriləcəyini, belə turların Türkiyədə, ABŞ-da da təşkil ediləcəyini hədəflədiklərini vurğulayıb. 
 
 

Jurnalistlər üçün Ən çox yaddan qalan məqamlar isə bunlar oldu: yol boyu nəqliyyat vasitəsində media nümayəndələri ilə maraqlı yol səyahəti alınsın deyə Vüqar bəy kiçik viktorina təşkil etmişdi və bu sual-cavab həqiqətən də jurnalistlərin ürəyincə oldu. Şahdağa çatdıqda isə orda yerləşən Zirvə hotelinə kanatlar vasitəsilə enmək, oradan olan kiçik, yaşlı uşaqlardan tutmuş böyüklərə qədər əyləncə vasitələrinin bolluğu, hoteldə diqqətçəkən məqamlar, əyləncə vasitələrində təhlükəsizlik xidmətinin dəqiqliyi xüsusilə qeyd olunmalıdır. Yerli mətbəx yeməkləri ilə yanaşı xarici ölkə mətbəxinin təamları və əcnəbi aşpazlar, musiqi sədaları altında xoş istirahət birgünlük istirahətimizə rəng qatdı. Xüsusilə uzunluğu 1400 metrdən çox olan digər kanatda ( xatırladımki, bu kanat təxminən 4-5 dağı bir birinə birləşdirir) səyahət etmək zövqverici idi. Büütün bu qeyd etdiklərim tək jurnalistlərin xidmətində deyildi, ora istirafhətə gələnlər fasiləsiz olaraq bu sadalanan xidmətlərdən istifadə edə bilərdilər. 
 
 

Təşkilatçılığı yüksən səviyyədə quran Vüqar Quliyev bütün media nümayəndələrinin istirahətinin möhtəşəm keçməsi üçün əlindən gələni edirdi və sonda media nümayəndələri ilə belə press turların davamlı olacağını bildirdi, səfərdə iştirak edən bütün media nümayəndələri ilə xatirə şəkli çəkdirdi.  
 
 

Media nümayəndələrinin istəkləri isə belə turların tez-tez təşkil olunması oldu. Jurnalsitlər yarızarafat, yarıgerçək bildirirdilər ki, belə gözəl və rahat şəkildə istirahət etmək şansları demək olar yoxdur. 

Qeyd edək ki, Şahdağ Turizm Kompleksi dövlət tərəfindən maliyyə olunur. İstirahət mərkəzinin sahəsi olduqca böyükdür və kompleks düz dağlarınm ətəyində təşkil olunub. Kompleksdə kiçik süni göl də yaradılır və gölün ətrafında genişləndirmə işləri davam etdirilir.

 

 
 
 
 

 










 
 
Orxan Aslanlı

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol