• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycanda iyul-avqust aylarında rekord isti gözlənilir” - XƏBƏRDARLIQ

“Azərbaycanda iyul-avqust aylarında rekord isti gözlənilir” - XƏBƏRDARLIQ
22.06.2015 19:43
"Ümumdünya Meteorologiya Təşkilatının 5 regional mərkəzinin hazırladığı iqlim proqnozlarına görə, bu ilin yay fəslində - iyul-avqust aylarında Cənubi Qafqazda, o cümlədən Azərbaycanda proqnozlaşdırılan hava şəraiti barədə məlumat açıqlanıb. Proqnoza əsasən havanın temperaturu iqlim normasından 1-2 dərəcə yüksək, yağıntının miqdarı isə normadan az olacaq”.

Bu haqda Modern.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib:

"Bildiyiniz kimi, 2014-cü ildə iqlim normasından yüksək istilər qeydə alınıb. Avqust ayının 19-da Gəncədə 42, Gədəbəydə 37, Zaqatala və Balakəndə 41, Şəkidə 40 dərəcə rekord istilər qeydə alınmışdı. Uzunmüddətli istilər oldu, iyun ayının ortalarından başlayaraq sentyabrın əvvəlinə qədər yağıntı qeydə alınmadı”.

Nazirlik rəsmisi qeyd edib ki, ötənilki rekord temperatur göstəricisi bu il də müşahidə edilə bilər. Asif Verdiyev onu da deyib ki, bölgələrdə yağıntının miqdarı iqlim normasına yaxın olacaq:

"Bu il ötən illə müqayisədə fərqlidir. Məsələn, bu ilin iyun ayı ötən ilə nisbətdə sərin keçir. Müşahidələr göstərir ki, iyul-avqust aylarında rekord isti gözlənilir.  Ayrı-ayrı günlərdə qısamüddətli olsa da, 2014-cü ildəki kimi istilər müşahidə ediləcək. Ümumi temperatur isə iqlim normasından 1-2 dərəcə çox ola bilər”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol