• $
  • €
  • ₽
  • ₺
  • £

Artıq Bakcell müştəriləri aldıqları mətn mesajlarını filtrdən keçirə bilirlər

Artıq Bakcell müştəriləri aldıqları mətn mesajlarını filtrdən keçirə bilirlər
22.06.2015 17:53
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti reklamçılar tərəfindən öz müştərilərinə göndərilən kütləvi SMSlərin idarə edilməsinə imkan yaradan yeni platformanı müştərilərinin istifadəsinə buraxıb.

Bu yeni xidmət müştərilərin arzuolunmaz ticari reklamları almamalarına kömək edəcək. İndi müştərilər istədikləri mağazaların, şirkətlərin, bankların və ya müvafiq hesab etdikləri hər hansı digər hesabların adları yazılmış fərdi "ağ siyahı”larını yaradaraq, yalnız arzu etdikləri reklam mesajlarını qəbul edə biləcəklər.

"5595” qısa nömrəsinə "STOP” yazısını göndərməklə, müştərilər üçüncü tərəflərin göndərdiyi bütün reklam mesajlarının qəbulunu birdəfəlik dayandıracaqlar. Eyni zamanda, etibar etdikləri mənbələrdən SMSlər almaq üçün müştərilər müəyyən mağazanın, bankın və s. adını yenidən "5595” qısa nömrəsinə göndərməli olacaqlar.

Bakcell şirkətinin marketinq üzrə Baş direktoru xanım Maria Toyçeva deyir: "Kütləvi SMSlərlə bağlı şikayətlərin əksəriyyəti reklamçıların göndərdikləri mesajlara aiddir. Müştərilər mağazalarda bazarlıq edərkən və ya bankların, digər müəssisələrin xidmətlərindən istifadə etdikləri zaman çox vaxt öz telefon nömrələrini təqdim edirlər. Müştərilərimizi məmnun etmək üçün biz onlara arzuolunmaz mətn mesajlarını filtrdən keçirməyə imkan yaradan yeni platformanı işə salmışıq. Yeni sistemin ən gözəl xüsusiyyətlərindən biri də odur ki, o, müştərilərə seçim imkanı yaradır və onlar hansı mesajları qəbul edib-etməməyi özləri seçirlər. Bizim təqdim etdiyimiz yeni xidmət Bakcell şirkətinin öz müştəriləri üçün ən yaxşı təcrübənin təmin edilməsi istiqamətində göstərdiyi səylərin daha bir sübutudur”.

Bakcell öz müştərilərini yeni işə salınmış platformadan istifadə etməyə çağırır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol