• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları müsəlman ölkələrini daha da birləşdirəcək”

“Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları müsəlman ölkələrini daha da birləşdirəcək”
22.06.2015 19:23
"Keçən bayramdan ötən dövr ərzində ölkəmizin həyatında çox əlamətdar hadisə baş verib. Bakıda ölkəmizin ən böyük məscidi - Heydər məscidi tikilib istifadəyə verilib”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibəti ilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşündə söyləyib.
 
Dövlət başçısı deyib ki, Azərbaycan dövləti öz tarixi keçmişinə, tarixi abidələrinə çox böyük diqqətlə yanaşır: "Bizim bütün tarixi məscidlərimiz əsaslı şəkildə təmir olunub, bərpa edilib. Qədim və müasir dini abidələrimiz bütün müsəlman aləminin sərvətidir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir, 743-cü ildə tikilib, bir memarlıq əsəridir. Dünyanın ən yeni tikilmiş məscidlərindən biri olan Heydər məscidi 2014-cü ildə Bakıda tikilib. Bu məscid də gözəl memarlığa malik olan bir sənət əsəridir. Bu, bir daha ölkəmizin öz keçmişinə, xalqımızın öz dininə olan hörmətini əks etdirir. Biz bundan sonra da çalışacağıq ki, müsəlman ölkələri arasında həmrəyliyi gücləndirək”.
 
Prezident İlham Əliyev qeyd edib ki, 2 ildən sonra Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək: "Əminəm ki, 2 ildən sonra Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirəcək”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol