• $
  • €
  • ₽
  • ₺
  • £

I Avropa Oyunları çərçivəsində Martin MakDonax günləri... - Fotolar

I Avropa Oyunları çərçivəsində Martin MakDonax günləri... - Fotolar
23.06.2015 13:15


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı I Avropa Oyunları çərçivəsində repertuarında olan ən maraqlı Azərbaycan və dünya dramaturgiya nümunələrini şəhərimizin qonaqlarına, eləcə də yerli tamaşaçılarına təqdim etməkdə davam edir. 


Teatrın yaradıcı kollektivi üç gün ərzində - 22-24 iyun tarixlərində Oskar mükafatçısı, dünya şöhrətli yazar Martin MakDonaxın "Lineynin trilogiyası”na daxil olan "Gözəllik kraliçası”, "Konnemarada bir kəllə” və "Yalqız Qərb” tamaşalarını nümayiş etdirəcək. 


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Gənc Tamaşaçılar Teatrı və British Council Azərbaycan nümayəndəliyinin birgə layihəsi çərçivəsində hazırlanmış tamaşaların quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatrrejissoru Yan Uilem Van Den Boş, quruluşçu rəssamı Liza Kuk (Böyük Britaniya), işıq üzrə rəssamı Maykl Manyon (Böyük Britaniya), rejissorları Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyevadır. 


Əcnəbi və yerli tamaşaçıların alqışları ilə müşaiyət olunan tamaşalarda teatrın aktyorları, Əməkdar Artistlər Naibə Allahverdiyeva, Şəfəq Əliyeva, Qurban İsmayılov, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova, Asya Atakişiyeva, Vüqar Məmmədəliyev, Rasim Cəfərov, Manaf Dadaşov, Ramil Məmmədov, Anar Səfiyev, Vüsal Mehrəliyev iştirak edirlər. 


Məlumat üçün bildiririk ki, "Yalqız Qərb” tamaşası ötən il Rusiyanın Perm şəhərində dünyada ilk dəfə keçirilmiş I Martin MakDonax Beynəlxalq Teatr Festivalında uğurla çıxış edərək festivalın Fəxri diplomuna və Festival Prezidentinin xüsusi mükafata layiq görülmüşdür.  


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında I Avropa Oyunları ilə bağlı xarici qonaqlar üçün nəzərdə tutulmuş tamaşaların nümayişi iyun ayının 29-a dək davam edəcək.

 















               

 

 

 

 

 

                                                      


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol