• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın Azərbaycana 300 mlrd. dollar ziyan vurub

Ermənistanın Azərbaycana 300 mlrd. dollar ziyan vurub
23.06.2015 18:23
Ermənistan Respublikasının hərbi təcavüzü, Dağlıq Qarabağ problemi nəticəsində Azərbaycana 300 mlrd. ABŞ dollarından artıq dəyərdə ziyan dəyib. "Report" xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin hazırladığı foto-xronikada qeyd edilir.

Məlumata görə, münaqişə nəticəsində 1988-1993-cü illərdə 900-dən artıq yaşayış məntəqəsi, 150 mindən çox ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd və 9 məscid dağıdılıb. Bütün bunlarla yanaşı dağıdılan maddi və mədəni sərvətlər sırasında 473 tarixi abidə, saray və muzeyin, 40 min muzey eksponatının, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsinin, 160 körpünün adı var.

Münaqişə nəticəsində Azərbaycanın infrastruktur sisteminə də ziyan dəyib. Belə ki, qeyd edilən dövrdə 1 200 km irriqasiya sistemi, 1 mln. hektar kənd təsərrüfatı üçün yararlı torpaq, 280 min hektar meşə, 15 min km elektrik xətti, 2 000 km qaz kommunikasiyası, 2 300 min km su kommunikasiyası, 2 670 min km avtomobil yolu ziyan görüb.

Komitənin məlumatına görə, hazırda işğal edilmiş ərazilərdə 350 tank, 398 ACV, 425 artilleriya, 45 min şəxsi heyət saxlanılır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol