• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc Tamaşaçılar Teatrında görüş

Gənc Tamaşaçılar Teatrında görüş
23.06.2015 16:02

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Kolorado Dövlət Universitetinin mexaniki mühəndislik kafedrasının professoru, eyni zamanda müxtəlif xalqların folklor musiqisi üzrə tədqiqatçı Bert Vermeulen və Nyu York Texnologiya Kollecinin riyaziyyat kafedrasının professoru Ezra Halleklə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov arasında görüş keçirilib.

 

ANN.Az xəbər verir ki, Teatrın mətbuat xidmətindən verilən məlumta görə, I Avropa Oyunları çərçivəsində baş tutan görüşdə qonaqlar Bakıda keçirilən 17 günlük Beynəlxalq yarışlarda tamaşaçı qismində iştirak etməyin olduqca maraqlı olduğunu diqqətə çatdırıblar. Bakıdakı bir sıra görməli məkanlarda olduqlarını deyən qonaqlar yarışların sonuna qədər şəhərimizi daha yaxından tanımaq üçün bir çox başqa yerlərdə də olmaq istədiklərini bildiriblər. Ölkəmizin qədim tarixi və müasir binaları, parkları, yeni tikililəri, teatr, muzey, konsert, musiqi müəssisələri haqqında məftunluqla danışan qonaqların sözlərinə görə dünyanın heç bir ölkəsində müxtəlif memarlıq üslubları bu cür vəhdət təşkil etmir.

 

Şəhərimizin özünəməxsus gözəlliyi, insanlarımızın istiqanlı münasibəti, maraqlı və zəngin mətbəximiz əcnəbi turistlərdə Bakı haqqında olduqca zəngin təəssürat yaradıb.

 

Sonda teatrın rəhbərliyi qonaqlara Bakının memarlıq abidələri, mətbəxi, teatr müəssisələrini əks etdirən kitabçalar hədiyyə ediblər.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol