• $
  • €
  • ₽
  • ₺
  • £

VI «Qız qalası» incəsənət festivalı - REPORTAJ

VI «Qız qalası» incəsənət festivalı - REPORTAJ
23.06.2015 17:59
Lyubov Qasımova

Bakıda hər ilin iyun ayında "Qız qalası” beynəlxalq incəsənət festivalı keçirmək artıq çox yaxşı bir adət halını alıb. Bu dəfə festival 11 iyunda başlayıb 14-ünə qədər davam etdi. 6-cı dəfə keçirilən festival paytaxtımızda baş tutan Avropa oyunları ilə eyni vaxta düşüb. Festivalın təşkilatçıları Heydər Əliyev Fondu, IDEA ictimai birliyi, Müasir İncəsənət Mərkəzi, "Qız qalası” qalareyası, Birinci Avropa oyunları komitəsi idi və "İçəri şəhər” dövlət tarixi-memarlıq qoruğu tərəfindən keçirilirdi. 

Festivalın məqsədi xaricdə Azərbaycan mədəniyyətinin təbliği və "Qız qalası”nı Bakının simvolu kimi populyarlaşdırmaqdır. Bu işdə bizə dünyanın müxtəlif ölkələrindən olan rəssamlar kömək edirlər, onlar özlərinin milli incəsənətini Qız qalası maketlərinin üzərinə həkk edirlər, beləliklə, mədəniyyət və ənənələrin özünəməxsus sintezi yaranmış olur. Bu işlər xaricdə sərgilənir və Azərbaycanda olmayan insanlar bu ölkə barədə məşhur rəssamların möhtəşəm rəsmlərindən xəbər tuturlar.  
 


Nəsli kəsilmək təhlükəsiylə üzləşən ceyranların rəsmlərinin çəkilməsi dünya ictimaiyyətinə ətraf mühitin qorunması barədə özünəməxsus mesajdır. Rəssamların dekorativ-bədii üslubda hazırladıqları ceyran maketlər parlaq rənglərinin gözəlliyi insanı heyran edir. Onların sayəsində biz bu yaradıcılıq nümunələrindən zövq ala bilirik.  
 


Azərbaycana 17 ölkədən gəlmiş 27 rəssam bu il təkcə Qız qalası ilə ceyranın şəklini deyil, həmçinin "Baku-2015” Avropa oyunlarının simvolu olan Narın və Ceyranın da heykəllərini çəkiblər. 
 


Festivalda azərbaycanlı rəssamlar öz yaradıcılıq nümunələrini nümayiş etdiriblər, xüsusilə Vüqar Əli ən gözəl simvolun, Avropa oyunlarının simvolunun yaradıcısı kimi ad çıxarıb. Vüqar onu özünün rəng palitrasından istifadə etməklə özünün gözəllik və harmoniya anlayışını yaradıb. Onun ceyran heykəlini digər heç bir heykəllə qarışdırmaq mümkün deyil, onun digər şəkillərində də tez-tez istifadə etdiyi üslub, manera, süjet və digər elementlər bu işdə də dərhal göz çarpır. 
 


Ülviyə Qamzayevanın çəkdiyi Qız qalası şəkli də insanları heyran qoymuşdu. Maketi hazırlayarkən rəssamın ona ruhunu həsr elədiyi görünür. O, ikitərəflidir, bir tərəfində qırmızı paltar geyinmiş qız rəsmi təsvir olunub, onun əhatəsində isə labirintlər, labirintlər var... İkinci tərəf isə müxtəlif cür naxışlar və işləmələrlə bəzədilib. Burda bizim musiqi instrumentlərimiz (tar, kamança, qaval) və buta, Qobustanın şəkilləri və Azərbaycanın məşhur meyvəsi nar təsvir olunub.   

 



Həmçinin Mənsumə Ələkbər, Zərnişan Yusif, Aygün Əskərova, Nərminə Xəlilovanın da adlarını çəkmək olar. Xaricdən gələn qonaqlar da öz işlərini nümayiş etdiriblər. 
 


 
Festivalda həmçinin bizim möhtəşəm rəssamlarımız İnna Kostina və Məhəmmədəli Ələkbərov da iştirak ediblər. 
 

 
Bu, Albaniyadan olan Şəfqət Avduş Emininin işidir. 
 



Bu ceyran maketini gürcü rəssam Katevan Kordzaxiya çəkib. 
 


Bu isə iordaniyalı rəssam Mohammad Aljaloosun bizim Qız qalasını necə gördüyüdür. 
 


Oksana Yevdokimenko Qız qalasını pəncərələrində gözəl qız rəsmləri çəkmişdi, hətta nardan istifadə eləmişdi. 
 


Bu ceyran isə dağıstanlı Patimat Hüseynovaya məxsusdur. 
 


"Baku-2015” Avropa oyunlarının simvolu olan bu ceyranı isə rusiyalı Vladimir Andreyev çəkib. Festivalda başqa, Türkiyədən Pınar Portanaz, Bolqariyadan olan ər-arvad Paneyevlər, Portimanadan (Portuqaliya) olan Arlindi Arez, Adi Atassi, Əhməd Şukri Mohamad və başqaları iştirak edirdilər.  

Festival hər zamankı kimi maraqlı, bol tamaşaçılı, pozitiv və xoş təəssüratlarla dolu idi. Bu il sərginin 4 obyekti vardı. Xaricdən gələn təsviri incəsənət ustaları bizim bayramımıza öz ölkələrinin mədəniyyət və incəsənətini gətirmişdilər. Ümid edirik ki, bu maraqlı festival gələn ildə keçiriləcək. 
 





















www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol