• $
  • €
  • ₽
  • ₺
  • £

“Məqsədimiz ilk üç yerdən birinə sahiblənməkdir” – AÇIQLAMA

“Məqsədimiz ilk üç yerdən birinə sahiblənməkdir” – AÇIQLAMA
24.06.2015 10:00
"Düşünürəm ki, qalib gəlsək, Azərbaycan tarixinə düşəcəyik”  - bunu ANN.Az-a açıqlamasında Azərbaycan çimərlik futbolunun nümayəndəsi Emin Kürdov bildirib.
 


Emin Kürdov Çimərlik futbolu üzrə yarışlarda ilk rəqibimizin Ukrayna komandası olduğunu deyib: "Biz bu komanda ilə 2012-ci ildə qarşılaşmışdıq və həmin oyunda 6-2 hesabı ilə qalib gəlmişdik. Amma həmin il onlar Avropa çempionu olmuşdular. Yəni onu bildirmək istəyirəm ki, onlarla oyunlarımızın əksəriyyəti bərabər səviyyədə keçib. Ukraynadan sonra İsveç yığması ilə qarşılaşacayıq. Bu komanda ilə də əvvəllər oynamışıq və Bakıdakı həmin oyunda 1-0 hesabı ilə məğlub olmuşduq. Buna baxmayaraq, biz hər zaman mübarizəyə hazırıq". 

Çimərlik futbolunun nümayəndəsi qalibiyyətin tamaşaçı dəstəyindən asılı olduğunu vurğulayıb:"Onlar nə qədər çox bizi ruhlandırsalar, bizə dəstək olduqlarını göstərsələr, qələbə şansımız da bir o qədər çox olacaq. Komandamız oyunlara tam hazır vəziyyətdədir, əhval-ruhiyyə çox yüksək səviyyədədir. Axıra qədər də belə olması üçün mübarizə aparacayıq".

Emin Kürdov daha sonra bildirib ki, Federasiya tərəfindən qarşılarına belə məqsəd qoyulub: "Yarışlarda ilk üç yerdən birini tutmalıyıq. Həqiqətən də bu yerlərdən birinə sahib olmaq bizim üçün böyük uğur olacaq. Düşünürəm ki, qalib gəlsək, Azərbaycan tarixinə düşəcəyik".

Çimərlik futbolunun ölkəmizdə yaranan ən gənc idman növlərindən biri olduğunu söyləyən E.Kürdov bu idman üzrə yarışların 2008-ci ildən keçirildiyini qeyd edib: "Yeni yaranmasına baxmayaraq, bu sahədə artıq uğurlarımızda çoxdur. Avropa reytiqində çimərlik futbolu üzrə 12-ci yerdəyik. Bu da onu göstərir ki, Azərbaycanda çimərlik futbolu yaxşı səviyyədədir. Bu idman yarışının Avropa Oyunlarına salınması da çimərlik futbolunun inkişafının bariz nümunəsidir". 

Orxan Aslanlı


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol