• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: Bakı Olimpiya Oyunları 2024-ə namizəd ola bilər

Nazir: Bakı Olimpiya Oyunları 2024-ə namizəd ola bilər
24.06.2015 11:07
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıda Olimpiya Oyunları 2024-ün keçirilməsinə müraciətin təqdim olunması imkanlarını qiymətləndirib.

Oxu.Az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

"Biz artıq iki dəfə Olimpiadanın Bakıda keçirilməsi hüququ uğrunda mübarizə aparmışıq, lakin bizim 2016 və 2020-ci ilin oyunlarına müraciətlərimiz məğlubiyyətə məruz qalıb. Beynəlxalq Olimpiya Komitəsi (BOK) namizədlərə olduqca sərt tələblər irəli sürür. Əgər həmin tələblər yüngülləşdirilsə, Bakı 2024-cü ilin oyunlarının keçirilməsinə müraciət etmək imkanlarını nəzərdən keçirə bilər. Əks halda, bizə hökumətdən olduqca iri həcmli investisiyalar lazım olacaq.

Məsələn, Bakıda stadion hazırda 68 min tamaşaçı tutur, lakin BOK-un tələbi isə minimum 80 mindir. Bununla belə hamıya Pekinin nümunəsi məlumdur. Orada "Quş yuvası” arenası demək olar ki, istifadə olunmur”, -   Azad Rəhimov deyib.

Qeyd edək ki, Olimpiada-2024-ün keçirilməsinə müraciətin təqdim olunması vaxtı 2015-ci ilin sentyabrın 15-də başa çatır.

Artıq Roma, Hamburq və Boston müraciət təqdim ediblər. Öncə Budapeşt də oyunların keçirilməsinə namizədliyini irəli sürəcəyini bildirib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol