• $
  • €
  • ₽
  • ₺
  • £

Ən çox “2” almış məzunlar bu rayonlardandır - SİYAHI

Ən çox “2” almış məzunlar bu rayonlardandır - SİYAHI
24.06.2015 16:48

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2, 6, 11, 16  iyun tarixlərində respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. Bu imtahanlarda XI sinfi bitirən 86156 şagird iştirak edib. Artıq buraxılış imtahanlarının nəticələri də məlumdur.

Modern.az saytı TQDK-dan əldə etdiyi məlumat əsasında XI siniflər üçün keçirilən buraxılış imtahanlarında ən aşağı nəticə göstərmiş rayonların siyahısını təqdim edir.

Belə məlum olur ki, həm Ana dili, həm də riyaziyyat fənnindən bu il məzunları ən aşağı nəticə göstərən rayon Sabirabaddır. Bu rayonun məktəblərində təhsil alan şagirdlərin 46,80 faizi Ana dilindən, 50,59 faizi isə riyaziyyatdan "2” alıb.

Məzunları pis nəticə göstərən ikinci rayon Daşkəsəndir. Bu rayonda 11-ci sinfi bitirən məzunların 43,82 faizi Ana dili, 49 faizi riyaziyyatdan "2” qiyməti alıb.

Xoşagəlməz siyahıda üçüncü yeri Ağcəbədi rayonu tutur. Belə ki, Ağcəbədidə məzunların 46,22 faizi riyaziyyatdan, 39 faizi Ana dilindən "2” alıblar.

Gədəbəy məzunları ən pis nəticə göstərən dördüncü rayondur. Bu rayonda 11-ci sinfi bitirən məzunların 41 faizi Ana dilindən, 36,73  faizi isə riyaziyyatdan "2” qiyməti alıblar.

Məzunları Ana dili və riyaziyyatdan "2” alan rayonlar sırasında ilk "beşlik” Hacıqabul rayonu ilə qapanır. Hacıqabullu məzunların 36,22 faizi Ana dilindən, 44,13 faizi isə riyaziyyatdan "2” qiyməti alıblar.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol