• $
  • €
  • ₽
  • ₺
  • £

Avropanın Azərbaycan qazına böyük ehtiyacı var

Avropanın Azərbaycan qazına böyük ehtiyacı var
25.06.2015 10:44
"Avropanın alternativ qaz layihələrinə ehtiyacı var".

ANS PRESS-in məlumatına görə, bunu Rumıniyanın enerji, orta və kiçik sahibkarlıq və biznes mühiti naziri Andrei Dominik Gerea Buxarestdə səfərdə olan energetika naziri Natiq Əliyev ilə görüşdə bildirib.

O deyib ki, regionda baş verən son geosiyasi proseslər fonunda AGRİ layihəsinin həyata keçirilməsi olduqca vacib əhəmiyyətə malikdir. Rumıniya enerji ehtiyatlarının diversifikasiyasını hər zaman dəstəkləyir. AGRİ layihəsi reallaşandan sonra Rumıniya ilə yanaşı gələcəkdə Bolqarıstan, Serbiya, Macarıstan və digər Şərqi Avropa və Balkan ölkələrinin Azərbaycan qazını idxal etmək imkanı əldə edəcək və bizi yaşadacaq.

N.Əliyev AGRİ layihəsinin iqtisadi və sosial əhəmiyyətindən danışıb, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, enerji resurslarının nəqli marşrutlarının diversifikasiyasına verdiyi töhfə və həyata keçirilən enerji layihələri barədə ətraflı məlumat verib. 

O, AGRİ layihəsi ətrafında aparılan işlərin nəticələrini müsbət dəyərləndirib və bu istiqamətdə müəyyən işlərin görülməsinin vacibliyini vurğulayıb: "AGRİ layihəsi "Cənub” qaz dəhlizinin vacib əlavə komponenti olmaqla Xəzər qazı üçün marşrutların diversifikasiyasına töhfə verə bilər."

Xatırladaq ki, energetika naziri səfər çərçivəsində Buxarestdə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsinin (AGRİ) iştirakçı ölkələrinin energetika sahəsi üzrə məsul nazirlərinin iclasında iştirak edib. AGRİ layihəsinin iştirakçı dövlətlərinin yüksək vəzifəli rəsmilərinin qatıldığı iclasda qeyd olunan layihənin həyata keçirilməsi ilə bağlı iştirakçı ölkələrin mövqeyi, layihənin texniki-iqtisadi əsaslandırmasının yekun nəticələri və layihənin maliyyələşdirmə imkanları müzakirə olunub. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol