• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada yaşayan azərbaycanlı “ayaqqabı kralı” öldü

Ukraynada yaşayan azərbaycanlı “ayaqqabı kralı” öldü
25.06.2015 16:42
Ukraynada yaşayan azərbaycanlı iş adamı dünyasını dəyişib.

Virtualaz.org saytının Şirvan bürosu xəbər verir ki, Ukrayna Azərbaycanlıları Konqresinin yaradıcılarından biri, 1997-2012-ci illərdə Kiyev Radasının üzvü və parlamentin iqtisadiyyat komissiyasının sədri olmuş 63 yaşlı Vilayət Quliyev ağır xəstəlikdən dünyasını dəyişib.

V.Quliyev dünən anadan olduğu Salyan şəhərində dəfn olunub.

V.Quliyev Ukraynanın ən böyük ayaqqabı istehsalçılarından biri idi. Onun yaratdığı "VİLKAS” şirkəti Ukraynada ayaqqabı istehsalında xüsusi paya malik olub. Minlərlə işçisi olan bu şirkətin məhsulları tezliklə Avropaya ixrac olunub və orada özünə bazar tapıb. Bundan sonra V.Quliyev İtaliyada da biznes qurub, italyan biznesmenlərlə birgə müəssisələr yaradıb. 2000-ci illərin əvvəlləri onun biznesinin çiçəklənmə dövrü idi. İxtisasca texnoloq olan V.Quliyev həmin vaxt daha çox İtaliyada yaşayıb. Bir neçə dildə (rus, Ukrayna, italyan, ingilis) sərbəst danışan azərbaycanlı iş adamı "ayaqqabı kralı” kimi tanınırdı.

Daha sonra isə V.Quliyevin biznesi çökməyə başlayıb. Mərhumun qardaşı Bayram Quliyevin virtualaz.org saytına dediyinə görə, Ukrayna-Rusiya münasibətləri kəskinləşəndən sonra Vilayət Quliyev Rusiyadakı bazarını gözlənilmədən itirərək müflis olub. O, biznesini 2005-ci ildən etibarən Rusiya bazarı üzərində qurubmuş.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol