• $
  • €
  • ₽
  • ₺
  • £

“Kukla” art-qalereyası: Bakının kukla imperiyası

“Kukla” art-qalereyası: Bakının kukla imperiyası
29.06.2015 13:39
Rüstəm Qasımov

Bakıda gözəl ekspozisiyaların, möhtəşəm art obyektlərin sərgiləndiyi qalereyaların, muzeylərin, sərgi mərkəzlərinin sayı gün keçdikcə artır. Bir müddət əvvəl Bakının mərkəzində yerləşən və kukla imperiyasını xatırladan "Kukla” art-qalereyasına baş çəkəndən sonra, incəsənətsevərlər üçün bu cənnət guşəsini xatırladan məkan barədə yazmaq qərarına gəldim. 
 


"Kukla” art-qalereyası cəmi iki il əvvəl yaradılsa da, paytaxtımızda kifayət qədər populyarlıq qazana bilib. Bu balaca gözəllik məbədinə müntəzəm olaraq, incəsənət həvəskarları baş çəkirlər. Siz burada hər biri bir şedevr olan heyratamiz işlərlə rastlaşa bilərsiz. 
 


Qeyd etmək istəyirəm ki, bu çoxşaxəli, hərtərəfli gözəllik nümunələri olan kolleksiyaları yaratmaq böyük zəhmət, dəqiqlik və səbr tələb edir. Bu incəsənət ocağının inkişafı üçün öz işlərini bilən və sevən insanlardan ibarət komandanın olması şərtdir. "Kukla” art-qalerayısını fəqləndirən cəhət də budur, burada dünyaca məşhur kukla müəlliflərinin işləri sərgilənir, sərginin populyarlığının və seçilməsinin də səbəbi budur. 
 


Buna görə də, Bakıda belə art-evlərin yaradılmasına təşəbbüs göstərən "Kukla” art-qalereyasının təşkilatçısı sənətşünas Lala Kazımovaya və Mədəniyyət və Turizm nazirliyinin Muzey mərkəzinin və "Kukla” art-qalereyasının direktoru Liana Vəzirovaya təşəkkür etmək istərdim ki, şəhərimizin sakinləri üçün paytaxtımızın mərkəzində belə möhtəşəm məkan yaradıblar. 
 


Qalereyada siz ekskursiya etmək və kukla dünyası incəsənəti, o cümlədən bu sənətin inkişafı ilə bağlı leksiyalar dinləmək şansı qazanacaqsız. Qalereyada leksiyaları Azərbaycanda müəllif kuklalarının hazırlayan usta, məşhur rəssam Pərviz Hüseynov deyir, o həmçinin xanımı İrina Qundorina ilə birlikdə tamaşaçıları maraqlı və orijinal işləri ilə sevindirir. 



Qeyd etmək yerinə düşər ki, bu qalereyanın kuratoru Pərviz Hüseynovla hazırladığımız video reportajdan sonra, mənə bu məkanın harada yerləşməsi barədə çoxsaylı suallar verilib. Sevindirici haldır ki,həmvətənlərimiz incəsənətlə maraqlanır və bu sevgini uşaqlarına ötürürlər. "Kukla” art-qalereyasını baş hələlik baş çəkməyənlərə biz təkidlə məsləhət görürük ki, bunu etsinlər. 
 
Qalereyanın ünvanı: AZ1005, Azərbaycan, Bakı, Yusif Məmmədəliyev küç. 22A; iş vaxtı: bazar ertəsi istisna olmaqla gər gün saat 12:00-dan 20:00-a qədər; tel: (+994 12) 598 25 85, (+994 12) 598 25 86; internet sayt: www.artkukla.az.  
 


ANN.Az xəbər portalı mədəniyyət, elm, təhsil və maarifçiliyin ruporu kimi, şəhərimizdə baş verən mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur və paytaxtımız Bakıdakı mədəniyyət ocaqları ilə tanış etməkdə davam edir, bu dəfə oxucularımıza "Kukla” art-qalereya ilə tanış etdik. Qalereyadan hazırladığımız fotoları oxucularımızın diqqətinə təqdim edirik. 
 



















www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol