• $
  • €
  • ₽
  • ₺
  • £

Xəbər ANı: Avropa Oyunlarının yekununa həsr olunmuş konfrans keçirildi - ANN.Tv

Xəbər ANı: Avropa Oyunlarının yekununa həsr olunmuş konfrans keçirildi - ANN.Tv
29.06.2015 19:08
"Azərbaycanın 2-ci yer tutmasını gözləmirdik" - gənclər və idman naziri Azad Rəhimov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında belə deyib.

ANN.Az xəbər verir ki, bugün "Hilton" hoteldə nazir Azad Rəhimov və "Bakı-2015"  I Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Saymon Kleq mətbuat konfransı keçirib. Konfrans zamanı rəsmilər "Bakı -2015" Avropa Oyunlarında keçirlən yarışlardan, təşkilatçılıq səviyyəsindən söz açıb, yerli və əcnəbi jurnalistlərin suallarını cavablandırıblar.

Nazir Azad Rəhimov Azərbaycanın idmançılarının ümumi göstəricidə 2-ci yeri tutacağını gözləmədiyini deyib: "Komandamız medal sayına görə ikinci yeri tutdu. 56 medal qazanmaqla onlar adlarını tarixə yazdılar. Ən çox sevindirici hal isə arenalarda tamaşaçı çoxluğunun olması idi".

O, bu gün "Bakı-2015" I Avropa Oyunlarının sonuncu günü olduğunu və  Azərbaycana gələn idmançıların da, turistlərin də ölkəni tərk etdiklərini bildirib.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Saymon Kleq əvvəla "Dostluq ordeni" ilə təltif olunduğuna görə ölkə başçısına öz təşəkkürünü çatdırıb: "30 aya yaxın bir müddətdə 2500-ə yaxın insan bu layihə üzərində çalışıb, 12 500-dən artıq könüllü var idi. Bütün bu layihədə iştirak edənlərə öz dərin təşəkkürümü bildirirəm".

Azad Rəhimov Avropa Oyunlarında zəif idmançıların olması məsələsinə münasibət bildirib: "Tək Mingəçevirdə 21 dünya çempionu var idi. Ümumiyyətlə, 100-dən artıq olimpiya və dünya çempionu bu tədbirdə iştirak edib. Oyunlarda zəif iştirakçıların çıxış etdiyini deyən insan yəqin televiziya vasitəsilə heç bir yarışı izləməyib".

Açılış və bağlanış mərasiminə 100 milyon manat xərcləndiyini qeyd edən nazir daha dəqiq hesablamaların aparılacağını və dəqiq rəqəmin ictimaiyyətə açıqlanacağını vurğulayıb: "Nəzərdə tutulmuş məbləğə işçilərin maaşı, İT texnologiyaları, oyunlar üçün müvəqqəti tikilən qurumlar və.b xərclər daxildir. Bütün olimpiya təşkilatçıları həmişə nəzərdə tutulmuş  məbləğdən 30-40%-dən artıq xərc olur. Amma bizdə bu hal baş vermədi. Ümumiyyətlə, "Bakı-2015" tədbirinin dünyada geniş yayımlanması artıq hamıya məlumdur. Xüsusi olaraq bunu qeyd etmək istərdim ki, "Bakı - 2015#" haştaqı  artıq Avropada istifadəsinə görə 5-ci yeri tutub". 

Azərbaycanın 2024-cü ildə keçirləcək yay olimpiyasına ev sahiblik etmək üçün namizədliyini irəli sürülməsi məsələsinə münasibət bildirən nazir bu qərarın ölkə başçısı tərəfindən veriləcəyini deyib: "Bu qərarı nə mən, nə də Gənclər və İdman Nazirliyi vermir. Bu qərar prezident İlham Əliyevin səlahiyyətlərinə daxildir".

Orxan Aslanlı


www.ann.az
 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol