• $
  • €
  • ₽
  • ₺
  • £

"ASAN xidmət" yanan binaların sakinlərini sənədlərlə təmin etdi

"ASAN xidmət" yanan binaların sakinlərini sənədlərlə təmin etdi
30.06.2015 15:47
"Səyyar "ASAN xidmət" Binəqədi və Xətai rayonunda yanğın baş verən binaların sakinlərinin yanmış və korlanmış sənədlərlə bağlı müraciətlərini tam təmin edib".

Bu barədə "Report"a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") informasiya təminatı şöbəsinin müdir müavini Anar Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, Səyyar "ASAN xidmət" vasitəsi ilə mayın 22-dən 31-nə kimi, Binəqədi rayonunda yanğın baş verən çoxmərtəbəli binada sənədləri yanan və ya korlanan sakinlərə xidmət göstərilib: "Bu müddət ərzində 56 ailənin 179 üzvünün ümumilikdə 268 müraciəti qeydə alınıb". 
A.Hüseynovun sözlərinə görə, xidmətlər əsasən notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, eləcə də Vergilər, Daxili İşlər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti ilə bağlı olub.

Şöbə müdirinin müavini deyib ki, bundan başqa Səyyar "ASAN xidmət" iyunun 3-dən 7-dək kim Xətai rayonunda yanğın baş verən binanın sakinlərinə xidmət göstərib: "Həmin binanın sakini olan 60 ailənin 263 üzvünün ümumilikdə 228 müraciət qeydə alınıb".

A.Hüseynov bildirib ki, hər iki yanan binanın sakinlərinin müraciətləri tam təmin olunub.

Xatırladaq ki, mayın 19-da Binəqədi rayonu Azadlıq prospektindəki çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50 nəfər isə zəhərlənib, müxtəlif bədən xəsarətləri alıb və xəstəxanalara yerləşdirilib. 

Aprelin 10-da Xətaidə yerləşən yaşayış binasında baş verən yanğında isə insan tələfatı olmamışdı. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol