• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi xidmətə çağırış başlayır

Hərbi xidmətə çağırış başlayır
30.06.2015 15:59
Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Respublikası vətəndaşları iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması həyata keçiriləcək.

Oxu.Az xəbər verir ki, söhbət 1997-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşlarından gedir. 

Qeyd edək ki, artıq çağırışçılar hansı hərbi hissəyə düşəcəklərini qabaqcadan öyrənə bilirlər. Onlar bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına (http://exidmet.seferberlik.gov.az/Registration/Military)  baxmaqla hərbi xidmətə hansı qoşun növündə və hərbi hissədə xidmət edəcəklərini müəyyənləşdirirlər. Bunun üçün yalnız şəxsi məlumatları - ad, soyad, doğum tarixi və qeydiyyatda olduğu rayonu göstərmək kifayətdir.

Sayt Müdafiə Nazirliyinin hərbi hissələrində xidmətə başlayacaq şəxslərə yalnız xidmət edəcəkləri hərbi birləşmənin nömrəsini təqdim edir. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol