• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda avro ilə bağlı vəziyyət açıqlandı

Azərbaycanda avro ilə bağlı vəziyyət açıqlandı
30.06.2015 16:03
Avro dollar qarşısında kəskin ucuzlaşıb.

İyunun 29-da Yunanıstanda baş verən qeyri-iqtisadi proseslərlə əlaqədar olaraq, Avrozonada avro dollar qarşısında kəskin ucuzlaşıb.

Belə ki, bazar ertəsi günü Tokio saatı ilə 11:42-də avro 1,4% ucuzlaşaraq 1,1011 dollar səviyyəsinə çatıb.

Avrozonada baş verən proseslər Azərbaycanda birvalyutalı səbətə daxil olan avro-manat münasibətlərinə də öz təsirini göstərib. Qeyd edək ki, iyunun 24-də bir avro 1,1727 manat, iyunun 25-də 1,1755 manat, iyunun 29-da isə 1,1558 dollara düşüb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, iyunun 30-da avro dünənki ucuzlaşma tendensiyasını pozaraq 2%-ə yaxın bahalaşıb.

İqtisadçı-ekspert Rəşad Həsənov isə Oxu.Az-a bildirib ki, bu gün avronun manatla müqayisədə bahalaşmasına səbəb AMB və AB komissarı, Oland və Merkel səviyyəsində dünənki gündə pozitiv mövqe sərgilənməsi valyuta bazarlarının toparlanmasına az da olsa təsirini göstərir.

Onun sözlərinə görə, hələlik avro ilə bağlı qeyri-müəyyənlik davam edəcək:

"Düşünmürəm ki, proseslər uzunmüddətli olacaq. Çünki, hər iki tərəfə Yunanıstan xalqı və AB ən qısa zamanda razılaşmağa çalışacaq. Çünki, baş verənlərdə hər iki tərəf itirir. Sadəcə referendum qərarı faktiki anlaşılmazlıq olaraq qiymətləndirildi və buna adekvat reaksiya ortaya qoyuldu. Amma hələlik avro ilə bağlı qeyri-müəyyənlik davam edəcək” deyə, o əlavə edib.

Məlumat üçün bildirək ki, iyunun 30-da Yunanıstan BVF-yə 1,6 milyard avro həcmində olan borcunu ödəməlidir, əks təqdirdə ölkə defolt elan edilərək, Avrozonadan çıxarılacaq.

Qeyd edək ki, Yunanıstanın baş naziri Aleksis Tsipras dövlət televiziyalarının birinə son açıqlamasında onları Avrozonadan atacaqlarına inanmadığını deyib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol