• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda operatorlardan "WhatsApp"a məhdudiyyət - VİDEO

Azərbaycanda operatorlardan "WhatsApp"a məhdudiyyət - VİDEO
01.07.2015 11:20
Son günlər Azərbaycanda mobil rabitə operatorlarının abunəçiləri arasında "WhatsApp” proqramından istifadədə problemləri yaşanır. 

"Report” xəbər verir ki, problem mobil internet üzərindən "WhatsApp”dan istifadə edən "Azercell Telecom” və "Azerfon” ("Nar") müştərilərində müşahidə olunur.
Belə ki, son bir neçə gündə, sözügedən operatorların istifadəçiləri mobil internet vasitəsilə "WhatsApp” üzərindən zəng xidmətindən istifadə edə bilmirlər. Məsələ ilə bağlı hər iki mobil operatorun mətbuat xidməti ilə əlaqə yaratdıq və problemin səbəbini öyrənməyə çalışdıq. 

"Azercell" tərəfindən "WhatsApp" əlavəsinin istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb və bununla bağlı şəbəkəmizdə heç bir problem qeydə alınmayıb. Şirkətimiz bu proqramdan istifadə üçün yalnız mobil internet şəbəkəsini təmin edir və bu əlavədən istifadə zamanı baş verən nasazlıqlar üçün heç bir məsuliyyət daşımır", - deyə "Azercell”in mətbuat xidmətindən bildirilib.

"Nar”dan da heç bir zəng məhdudiyyətinin tətbiq olunmadığı qeyd olunub: "Problemin kökü konkret telefonun əməliyyat sisteminin yenilənməməsi ilə bağlı ola bilər".

"Report" məsələ ilə bağlı müstəqil İT ekspertinə müraciət edib və o, "WhatsApp" proqramının müxtəlif funksiyalarının mobil operatorlar tərəfindən süni şəkildə məhdudlaşdırılmasını texniki cəhətdən mümkün sayır.

"WhatsApp" üzərindən aparılan zənglərindəki məhdudlaşdırma "WhatsApp Call" funksiyası ilə bağlantıya cavabdeh olan portların operatorlar tərəfindən bloklaşdırılması ilə bağlıdır. Lakin proqramın digər funksiyaları problemsiz işləyir", - deyə ekspert vurğulayb.

Bununla yanaşı, İT mütəxəssisi mobil abunəçilərə bu problemin ən optimal həll variantını da məsləhət görüb: "Operatorların qanunsuz yaratdığı bu məhdudiyyəti VPN proqramlardan ("Hotspot Shield VPN" və s.) istifadə etməklə aşmaq mümkündür. Bu qrup proqramlardan istifadə mobil operatorun müxtəlif portları bağlamasını mümkünsüz edir". 

Qeyd edək ki, "WhatsApp” üzərindən zəng edən tərəflərdən biri bu iki mobil operatordan hər hansı biridirsə, onda əlavənin zəng xidmətindən istifadə etmək mümkün deyil. Lakin "Bakcell"in abunəçiləri arasında bu problem yaşanmır.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol