• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan gənci: “Qürur duyuram ki, “Bakı-2015”in uğurla başa çatmasında mənim də payım var”

Azərbaycan gənci: “Qürur duyuram ki, “Bakı-2015”in uğurla başa çatmasında mənim də payım var”
01.07.2015 12:40
"Ümid edirik ki, belə layihələrin, treninqlərin sayı artar və biz gənclər üçün də işləmək şansı daha çox olar” – bunu ANN.Az-a açıqlamasında Avropa Oyunları Akademiyasımım məzunu Roman Muradov deyib.

O,  "Bakı – 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) BP şirkəti ilə birlikdə BEGOC tərəfindən təşkil edilmiş birillik təlim proqramının iştirakçısıdır və sertifikat alan 188 nəfər universitet məzunlarından biridir.

Roman Muradov "Bakı – 2015” Avropa Oyunları zamanı Bakı İdman sarayında "Badminton – Tennis” yarışları üzrə bilet şöbəsində  menecer vəzifəsində çalışdığını deyib. Sertifikat aldığı üçün çox sevincli olduğunu qeyd edən Roman Muradov indi nə hisslər keçirdiyini sözlərlə ifadə edə bilmədiyini bildirib: "Çox sevinirəm. Həqiqətən, hər şey çox gözəl idi. Bundan əvvəl belə bir proqram ölkəmizdə aparılmayıb. Bu yenilik idi və mən çox qürur duyuram ki, bu keçirilən təlimlərdə iştirak edib "Bakı-2015” I Avropa Oyunlarının təşkil olunmasında, uğurla başa çatmasında mənim də payım var. Və belə bir kollektivin üzvü olduğum üçün də çox fəxr edirəm. Bütün bu kollektivdə iştirak edən və həmçinin mənimlə birgə sertifikat qazanan hər bir tələbəyə gələcəkdə böyük uğurlar arzulayıram”. 

Roman Muradov ümid edir ki, belə layihələrin, treninqlərin sayı artar və bütün Azərbaycan gəncləri üçün işləmək şansı daha çox olar: "Gələcək həyatımda yəqin ki, BP şirkətində vakant yer olarsa, imtahan verib orada çalışmaqdan, onların kollektivi ilə bir arada olmaqdan çox məmnun olardım”.

Orxan Aslanlı

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol