• $
  • €
  • ₽
  • ₺
  • £

TV-lərdən cəmiyyətə güzgü tutanlar - KÖŞƏ

TV-lərdən cəmiyyətə güzgü tutanlar - KÖŞƏ
01.07.2015 14:46
Orxan Aslanlı 

Bizi öyrəşdirirlər - televerilişlərdə səslənən kobud ifadələrin, təhqirlərin, qeyri-etik cümlələrin eşidilməsinə... Və çox acınacaqlı haldır ki, bunu üçün hər bir teleşirkət, hər bir aparıcı az qala "dəridən-qabıqdan” çıxır. 

Demək olar ki, hər gün ya efirlərə yaraşmayan hərəkətlərə imza atılır, ya qadına yaraşmayan ifadələr işlədilir, ya da bu ifadələrin deyilməsindən yaranan mübahisə nəticəsində canlı yayımda "əlbəyaxa” döyüşlər keçirilir. Televiziya məkanında etik, peşə, mədəniyyət və s. qaydaların pozulmasının qarşısını almaq üçün bəs nə edirlər?  Sadəcə, xəbərdarlıq! Vəssəlam! Elə bunun nəticəsidir ki, televerilişlərdə özbaşınalıqlar hökm sürür, verilişin mövzusuna aid olmayan hər şeydən danışılır, efir saatları tində oturub tum çırtlayan "qaqaşların” atmacaları ilə, yaxud axşamlar həyətdəki skamyada oturuşan qadınların qeybətləri ilə doldurulur. 

Demək olar ki, belə hadisələr son 5 ildə daha da intensivlənməyə başlayıb. Dünyanın bir neçə ölkəsində, xüsusilə Avropa ölkələrində televiziya haqqında qanunvericilik sərt şəkildə olsa da, bizdə belə deyil. Bəli, əcnəbi televiziyalarda da belə hallar, qalmaqallar baş verir, çünki onların da qeyri-peşəkarları var, amma bu halda teleşirkət sadəcə canını xəbərdarlıqla qurtarmır, bir müddətlik kanalın bağlanmasından, sadəcə bir verilişin deyil, bütün kanalın yayımının saxlanılmasından söhbət gedir. 

Qanunpozuntusu dəfələrlə baş verdikdə isə, kanalın birdəfəlik bağlanılması gündəmə gəlir. Bəs bizdə vəziyyət necədir?

Yəqin ki, hansı mövzudan söz açacağım artıq hamıya məlum oldu. Dünən "Space” televiziyasında yayımlanan "Günaydın” verilişində baş verənlər həqiqətən çox utancverici idi. Nəinki efirdən, hətta adi həyatda belə xanıma qarşı işlədilməsi mümkün olmayan ifadə səsləndi, nəticədə də qalmaqal baş verdi. Əslində qarşı tərəf – kişilər nə qədər təsiredici, təhrikedici  sözlər eşitsələr belə, o cür təhqiredici sözü ağızlarına almamalıdırlar. Xüsusən də bu hal canlı yayımda, efirdə baş verirsə...

İndi də bütün mətbuat o söz ətrafında qalmaqal, sensassiya yaradır. Nə qədər adam günahlandırılır. Əlbəttə, belə bir vəziyyətin yaranmasına səbəb ən əvvəl bizim Milli Televiziya və Radio Şurasındadır. Əgər bu şura indiyə qədər buna bənzər halların baş verməsində vəzifəsini yalnız xəbərdarlıq etməklə bitirməsəydi, daha təsirli, daha kəskin tədbirlər görsəydi, iş bu yerə qədər uzanmazdı, efirdə bir kişi bir qadına "q... sən” deməzdi. 
 
 
İkinci səhv ağızdanyava şəxslərin efirə çıxarılması, onları verilişə dəvət edənlərdədir. Verilişlərə cavabdeh şəxslər – prodüsserlər, aparıcılar canlı efirə çıxaracağı adamı yaxşı tanımalı, verilişdən əvvəl onlara teleqaydaları başa salmalıdır. Amma çifayda? Çünki verilişlərə cavabdeh şəxslərin özləri o qayda-qanunları bilmirlər, növbəti problem də elə budur.

Televiziya cəmiyyəti əks etdirən güzgüdür və çox təəssüf ki, televiziyalarda da güzgü tutanlar cəmiyyətin pis nümayəndələridir. Üstəlik də qeyri-peşəkar, əxlaqdan zəif, yalnız görüntü yaradan biqələmumlar... Bu gün son vaxtların TV-qalmaqallarının "aparıcısı” olan bir xanımın sosial şəbəkədə öz prodüsseri ilə söz "savaşı”na rast gələndən sonra mənzərə mənim üçün bir az da aydınlaşdı: sosial şəbəkədən – bəlkə də hazırladığı verilişə baxan tamaşaçılardan on dəfələrlə çox izləyicisi olduğu virtual aləmdən özünün "əxlaq”ını nümayiş etdirən bir xanım əlbəttə ki, yalnız o səviyyədə spikerlik edə bilər, özünə layiq həcmdə də cəmiyyətə güzgü tuta bilər.

Əlbəttə ki, söhbət əksəriyyətdən gedir. Televiziyalarda peşəkarlar da var, amma çox az saydadır. 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol