• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatra təşəkkür edildi

Musiqili Teatra təşəkkür edildi
29.05.2020 05:00

Azərbaycan Dövlət Musiqili Teatrı artıq yekunlaşmaqda olan 105-ci teatr mövsümündə də ənənəsinə sadiq qalaraq humanitar, sosial yönümlü fəaliyyəti ilə diqqət mərkəzində oldu.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, mövsüm boyu Musiqili Teatrın kollektivi müxtəlif hərbi hissələrdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, uşaq evlərində konsert proqramıyla, tamaşalarla təmənnasız olaraq çıxışlar edib və daima bu kollektivlərdən təşəkkür məktubları alıb. Belə təşkilatlardan biri də UNITED AID FOR AZERBAIJANdır. Bu günlərdə UNITED AID FOR AZERBAIJAN tərəfindən teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə ünvanlanan məktubda deyilir: ""Azərbaycana Birgə Yardım” (UAFA) humanitar təşkilatı artıq 16 ildir ki, uşaqların təhsili və sağlamlığı diqqət mərkəzində olmaqla, Azərbaycanda sosial həyatın inkişafı sahəsində dövlətlə sıx əməkdaşlıq edir. 10 ildir ki, həyata keçirilən "İcma Əsaslı Reabilitasiya” layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təmənnasız gündəlik qrup və fərdi məşğələləri keçirilir. Həmçinin "İcma Əsaslı Reabilitasiya” mərkəzinin nəzdində "Valideyn Birliyi” fəaliyyət göstərir. Birliyin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərini səfərbər edərək uşaqlar üçün icma əsaslı xidmətlərin təşkili və onların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətə cəlb etməkdir...
 
Başa çatan 105-ci mövsümünüz ərzində bizimlə sıx əməkdaşlıq edərək bütün tamaşalarınızda təşkilatımıza təmənnasız yer ayırdığınız üçün Sizə təşkilatımız və valideynlər adından dərin minnətdarlığımızı bildiririk”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol