• $
  • €
  • ₽
  • ₺
  • £

Enerji içkiləri qanadlandırmır, öldürür

Enerji içkiləri qanadlandırmır, öldürür
02.07.2015 13:10
Aliyə İsmayılzadə 

Mağazaların vitrinlərində müxtəlif rəngli aluminium bankaları görməyə artıq çoxdan öyrəşmişik. Əksər hallarda gecə yatmayanda, gərgin iş günündə, imtahanda, vacib görüş zamanı biz düşünmədən onları alırıq. 

Artıq çoxdandır ki, enerji içkiləri tələbələr, sürücülər və gecə klublarının müştəriləri üçün məlhəm kimi bir şey sayılır. Axı bundan sadə nə ola bilər – bir banka içdin və sən yenidən gümrah və şənsən, əlavə enerji topladığından, bu süni stimulyasiyanın orqanizmə əvvəl-axır zərbə vuracağını vecə almadan, gəzib-tozmağa davam etmək olar.

"Red Bull" heç də reklamda göstərildiyi kimi insanı qanadlandırmır, içkini  qəbul etdikdən sonra enerjili olduğunu hiss edən insan sonra bunu yuxusuzluqla, yorğunluqla, depressiya və əsəblərinin pozulmasıyla ödəyir. Çünki bu enerji möcüzəli şəkildə içkinin köməyilə kənardan qəbul edilmir, yox, orqanizm onu özündən ödəməklə qəbul edir. Və götürülən bir şeyi əvvəl-axır geri qaytarmaq lazımdır. 

Əksəriyyəti gənc olan tanışlarım var ki, onlar üçün 2-3 banka enerji içkisi gündəlik normadır. Onların bəziləri özlərini sağlam həyat tərəfdarı hesab etdiyiklərindən, sport zala gedirlər və metabolizmanı sürətləndirən, həmçinin artıq çəkidən qısa müddətdə xilas etməyə kömək edən L-carnitin qəbul edirlər, bu da enerqotonik hesab edilir. 

Bu içkilərin istehsalçıları istehlakçılara məhsullarının zərərsiz olduğunu inandırmağa çalışsalar da, bir çox faktlar bu barədə ciddi düşünməyə vadar edir. Məsələn, Fransa, Danimarka və Norveçdə enerji içkilərinin mağazalarda satılması qadağandır, onlar tibbi vasitə hesab edildiyindən aptekdə satılır. Bir müddət əvvəl isə İsveç hökuməti enerji içiləri içəndən sonra ölən üç nəfərlə bağlı araşdırmalara başlayıb. 

Beləliklə, gəlin əvvələ qayıdaq, bizim insanlarımızın enerji içkilərinə olan bu qədər həvəsi haradan qaynaqlanır. 

Kofein. Onun tərkibində istisnasız olaraq, enerqotoniklər var. Stimulyator kimi təsir edir – zehni fəaliyyəti stimulyasiya edir, ürək-damarın fəaliyyətini gücləndirir. 

Taurin. Bir banka enerji içkisində orta hesabla 400-dən 1000 milliqrama qədər taurin olur. Bu əzələlərin toxumalarında toplanan aminokislotadadır. Ürək əzələlərinin işini asanlaşdırdığı hesab edilir. Ancaq son zamanlarda tibb mütəxəssisləri arasında belə bir fikir də yaranıb ki, tarurinin orqanizmə heç bir təsiri yoxdur. 

Karnitin. İnsan hüceyrəsinin komponenti olan karnitin yağ kislotasının tez zamanda oksidləşməsini təmin edir. Karnitin maddələr mübadiləsini sürətləndirir və əzələlərin yorğunluğunu aradan qaldırır. 

Quarana və jenşen. Gümrahlaşdırıcı xüsusiyyəti olan müalicəvi  bitkilərdir. Quarananın yarpaqlarından tibbdə istifadə edilir: onlar əzələ toxumalarından süd kislotasını çıxarırlar, fiziki gərginlik zamanı ağrını azaldırlar, aterosklerozun yaranmasını qarşısını alır və ciyəri təmizləyirlər. Ancaq bir çox həkimlər quaranada və jenşendəki gümrahlandırıcı xüsusiyyətin olduqca mübahisəli olduğunu bildirirlər. 

B vitaminləri qrupu. Sinir sisteminin və baş beyinin normal fəaliyyəti üçün olduqca əhəmiyyətlidir. Onların azlığını orqanizm hiss edə bilər, ancaq enerji içkilərinin istehsalçılarının bəyənlarının əksinə, ondan çox istifadə sizin məhsuldarlığınızı, zehni fəaliyyəti və digərlərini artırmır. 

Melatonin. Orqanizmdə mövcuddur və onun sutkalıq ritmində məsuliyyət daşıyır. 

Matein. Cənubi Amerika yaşıl çayı matenin tərkibində olur. Ilex Paraguarensis ağacının ekstraktı aclıq hissiylə mübarizəyə kömək edir və çəkinin azalmasına yardım edir. 

Tibbdən xəbərsiz insan üçün yuxarıda adları sadalanan maddələrdən ibarət "kokteyl” faydalı və orqanizmə ziyan vurmadığı görsənə bilər. 

Bəs bu məsələdə həkimlərin rəyi necədir? 

Bu sualla mən şəhərimizin klinikaların birində ciyər xəstəlikləri şöbəsində işləyən həkim-terapevt Zaur Orucova müraciət etdim. 

- Doktor, hazırda enerji içkilərinin gənclər arasında bu qədər populyar olması barədə nə deyə bilərsiniz?

- Bir hepetoloq kimi mən enerji içkiləri barədə xoş sözlər deyə bilmərəm. Şəxsən özüm müntəzəm surətdə enerji içkisi qəbul etdiklərindən yüksək səviyyədə ciyər xəstəsinə çevrilən pasientlərlə rastlaşmışam. Yalnız enerji içkilərini atandan sonra, onların göstəriciləri normallaşıb. 

- Enerji içkilərindən hansı müddət aralığında qəbul etmək, sağlamlığa ziyan vurmaya bilər. 

- Neçə müddətdən bir?.. Enerji içkisi zəhərdir – zəhəri içməyin müddəti varmı? – yoxdur təbii ki.

- Bəs bu içkiləri nə ilə əvəz etmək olar? Axı elə situasiyalar olur ki, məsələn, insan gecə yatmır, ya da gümrahlaşmaq istəyir. 

- Əvəz etmək? Populyar olmayan, amma həqiqəti əks etdirən sözləri deyəcəm. Yalnız tam yuxu almaqla, idmanla məşğul olmaqla və lazım olan qidaları – vitamin-mineral əlavələri qəbul etməklə yaxşı əhval-ruhiyyədə olmaq, həm də orqanizmə ziyan vurmamaq mümkündür. 

- Sağlam həyat tərzinin bəzi tərəfdaları son illər L-carnitin ələvələrini qəbul etməyə ciddiyətlə girişiblər, L-carnitinin metabolizmanı yüksəltdiyi və məşq zamanı artıq çəkidən sürətlə xilas olmağa kömək etdiyi deyilir. Bu təhlükəlidirmi? 

- Karnitin qadağan edilməyib və orqanizmə zərəri yoxdur. Əksinə, təhlükəsizdir, hətta onu uşaq yaşlarından qəbul etmək olar. 

Düşünmədən və demək olar ki, hər gün müxtəlif enerji içkiləri qəbul edən vətəndaşlar özlərinə belə bir sual versəydilər yaxşı olardı: enerjin içkilərinin bu qədər qəbulu ciyərə, ürək-damar sisteminə, böyrəklərə ziyan vururmu? 

İnsanı "qanadlandırdığı” deyilən Red Bull-un uzaq müddətli perspektivdə insanların sağlamlığına hansı sürprizləri hazırladığı hələ sonra bilinəcək... 

Yeri gəlmişkən, bu məsələdəki şərhlərlə bağlı mən Azərbaycanda Red Bull-un yayılması ilə məşğul olan "Cahan Holding”ə müraciət etdim.
 
Çoxsaylı zənglərdən sonra mənə axır ki, bu seqmentə cavabdeh əməkdaşın mobil nömrəsini verdilər, ancaq nədənsə adını demədilər. Bəzi suallara cavab vermək xahişimi eşidəndən sonra, bu adam məndən xahiş elədi ki, bir saatdan sonra zəng vurum. Şirkətin marketinq-meneceri Natalya xanımla (soyadını dəqiqləşdirmək də mümkün olmadı) danışmaq üçün etdiyimiz zənglər də boşa çıxdı.  


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol