• $
  • €
  • ₽
  • ₺
  • £

“Erməni xalqına bir qığılcım bəs edər ki...” - AÇIQLAMA

“Erməni xalqına bir qığılcım bəs edər ki...” - AÇIQLAMA
02.07.2015 14:00
"Ermənistanın hazırkı vəziyyətini dolu stəkana son damlanın düşməsi ilə eyniləşdirə bilərik. Yəni həmin son damla stəkandakı suyu daşıracaq. Ermənistanda əhalinin vəziyyəti artıq bu şəkildədir. Adi bir qığılcım hamının  - bütün ölkə əhalisinin yenidən kütləvi şəkildə ayağa qalxmasına səbəb ola bilər” – bunu ANN.Az-a açıqlamasında hüquqşünas, media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib. 

Ekspert Ermənistanda keçirilən aksiyaların, üsyanların əsas səbəbləri və bəhanaləri haqqında danışıb: "Bunun əsas səbəbləri ölkədə iqtisadiyyatın günü-gündən zəifləməsi, ölkənin Rusiyadan asılılığının aydın şəkildə görünməsi, ölkədəki rejimin sərtləşdirilməsi, əhalinin yaşayış səviyyəsinin aşağı olması  artıq əhali arasında hakimiyyətə qarşı belə aksiyaların keçirilməsi ilə nəticələnir. Sadalanan səbəblərdən ən böyüyü ölkədə sosial problemlərin artıq yetəri qədər artmasıdır. Çünki sosial problemlər əhalini narahat edən ən birinci problemlərdəndir. Bundan başqa digər qonşu ölkələrlə müqayisədə Türkiyənin necə inkişaf etdiyi, Gürcüstanda turzimin hansı səviyyədə olması və nəhayət Azərbaycanın günü-gündən inkişafda olması onların içlərində paxıllıq və həsəd hissini artırır, bizə qarşı olan düşmənçilik hisslərini daha da gücləndirir”.  

Ermənistanda baş verən sonuncu geniş miqyaslı aksiyanın elektrik enerjisinin qiymətinin artımı ilə bağlı olduğunu deyən Ələsgər Məmmədli qonşu dövlətdə bu kimi tədbirlərin yenidən təkrarlayacağını bildirib: "Çünki "müstəqil” olan bir dövlətin əhalisi başqa bir dövlətdən asılı olduqlarını etiraf etdilər. Ermənistanda tikilən iri ticarət, sənaye obyektlərinin hamısı Rusiyaya məxsusdur. Bunun danılmaz fakt olduğunu artıq yerli əhali də bildirir”.

Ölkədə baş verən son olayların siyasi tərəfinə toxunan Ə.Məmmədli bu aksiyanın keçirilməsinin digər səbəblərindən də danışıb: "Aksiyanın keçirilməsində əsas məqsəd onsuzda sürünməkdə olan erməni xalqının vəziyyətinin daha da pis olması ilə əlaqədar idi. Hakimiyyətdə bu enerji qiyməti ilə bağlı səhv addım atdığını qəbul edib, ödənişlərin bir qismində əhaliyə güzəştə getdi”. 

Hüquqşünas Azərbaycanda keçirilən "Bakı -2015” Avropa Oyunlarının Ermənistanda baş verənlərlə heç bir aidiyyatı olmadığını deyib: "Erməni xalqı bizə düşmən gözü ilə baxır, ona görə də bu cür tədbirlərin bizim ölkədə keçirilməsini sadəcə qəbul edə bilmirlər”.

Orxan Aslanlı


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol