• $
  • €
  • ₽
  • ₺
  • £

Komitənin yeni loqosu təsdiqləndi

Komitənin yeni loqosu təsdiqləndi
02.07.2015 20:11
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yeni loqosu təsdiqlənib.

Oxu.Az-a bu barədə komitədən bildirilib.

Komitənin məlumatına görə, loqo vizual olaraq 3 hissəyə bölünür. Loqo sferaşəkillidir. Bu halda sfera yer kürəsini simvolizə edir. Bunu daha aydın göstərmək məqsədilə loqotipin yuxarı hissəsində planetin meridianları təsvir olunub. Bu da qurumun müasir dünya standartları əsasında fəaliyyətinin təşkilinin göstəricisidir.

Loqotipin mərkəzi hissəsi səkkizgüşəli ulduz ilə təsvir olunub. Məhz bu simvolun istifadə olunması, qurumun milli dəyərlərə söykənməsindən xəbər verir. Ulduzun konturları dövlət rəmzlərindən olan Azərbaycan bayrağının rəngləri ilə tamamlanır, bu da təşkilatın rəsmi orqan olunduğunu nəzərə çatdırır.

Ulduz ilə çərçivəyə alınan "SMP” hərfləri isə Komitənin əsas funksiyaları olan standartlaşdırma, metrologiya və patent sözlərinin baş hərfləridir. Bu qısaltma Komitənin adını sadələşdirir, daha dinamik edir və tələffüz üçün asanlaşdırır.

Loqotipin aşağı hissəsini şkala təşkil edir. Bu şkala milli ornamentimiz olan buta ilə özünəməxsus formada təsvir edilib. Şkala texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi kimi sahələrdə dövlət siyasətini həyata keçirən orqanın iş prinsipini – dəqiqliyi, norma yaratma və etalon prinsiplərini əhatə edir.

Loqotipin tərtibatında göy rəngin müxtəlif çalarlarından istifadə olunub. Göy rəng auditoriyada etibarlılıq və peşəkarlıq emosiyaları yaratmaqla aktuallıq kəsb edir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol