• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlar ATƏT PA-nın sessiyasına gedirlər

Deputatlar ATƏT PA-nın sessiyasına gedirlər
02.07.2015 21:08
İyulun 4-də Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar ATƏT PA-nın iyirmi dördüncü illik yay sessiyasında iştirak etmək üçün Finlandiyanın Helsinki şəhərinə səfərə yola düşəcəklər.

Modern.az saytı xəbər verir ki, nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, deputat, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyev və deputat Ağalar Vəliyev daxildirlər.

Daimi komitənin iclasında ATƏT PA-nın sədri İlkka Kanerva, qurumun baş katibi Spenser Oliver və digər rəsmi şəxslər çıxış edəcəklər. Komitədə qurumun maliyyə hesabatı dinləniləcək, bir sıra təşkilati məsələlərə baxılacaq, o cümlədən prosedura uyğun olaraq ATƏT PA-nın yeni baş katibi seçiləcək.

Plenar iclasda "Helsinki + 40: gələcəyin ATƏT-inin yaradılması” qətnamə layihəsinə baxılacaq, Rusiya Federasiyasının ATƏT çərçivəsindəki öhdəlikləri barədə fikir mübadiləsi aparılacaq.

Sessiya çərçivəsində ATƏT PA-nın Demokratiya, insan hüquqları və humanitar məsələlər, Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə Ümumi komitələrinin iclasları keçiriləcək.

Həmin iclaslarda Azay Quliyev müəllifi olduğu "ATƏT regionundakı dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə hörmət” qətnamə layihəsini təqdim edəcək, daha sonra ekoloji çağırışlar, təhlükəsizliyin hərbi-siyasi aspektləri, insan alveri ilə mübarizədə cavabdehlik məsələləri müzakirə olunacaq. Silahlı münaqişələr nəticəsində itkin düşənlərin, həmçinin acınacaqlı vəziyyətə düşmüş qadın və qızların məsələsi gündəmə gətiriləcək. ATƏT bölgəsindən olan əcnəbi döyüşçülər–terrorçularla bağlı qanunvericiliyin kompleks islahatına diqqət yönəldiləcək. Beynəlxalq aləmdə neonasizm meyllərinin qarşısının alınmasına dair qurumun üzvləri tərəfindən birgə tədbirlərin hazırlanması və icrası barədə məruzələr dinləniləcək, diskussiya aparılacaq.

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova və nümayəndə heyətimizin üzvləri qurumun bütün iclaslarında iştirak edəcək, komitələrdə müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət açıqlayacaq, rəy və təkliflərini bildirəcəklər.

Səfər iyulun 10-da başa çatacaq.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol