• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc Tamaşaçılar Teatrının aktyoru mükafatlandırıldı

Gənc Tamaşaçılar Teatrının aktyoru mükafatlandırıldı
02.07.2015 23:34
 Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Rahib Əliyevi mükafatlandırıb.
 
Nazirlikdən "Report"a verilən məlumata görə, aktyor mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə və anadan olmasının 70 illiyi münasibətilə təltif olunub.  

Qeyd edək ki, Rahib Seyidağa oğlu Əliyev 1945-ci il iyulun 12-də Bakı şəhərində anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirib. Hələ institutda oxuyarkən 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunub və bu günədək fasiləsiz olaraq həmin teatrda çalışır. Teatrın səhnəsində 70-dən artıq müxtəlif səpkili obraz yaradan aktyor tamaşaçı rəğbəti qazanıb.

Cəbi ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Aşıq ("Yolda", Hüseyn Arif), Mirzə Salman ("Mahmud və Məryəm", Elçin), Hərbi geyimli ("Mənim ağ göyərçinim" Tamara Vəliyeva), Molla Xudaverdi, Kərəmli ("Hacı Qara", Mirzə Fətəli Axundzsadə), Fərəcov ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev), Ancelo ("Səhvlər komediyası", Vilyam Şekspir) kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə 2006-cı ildə  əməkdar artist fəxri adına, 2014-cü ildə Prezident mükafatına layiq görülüb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol