Qafqazın Yerusəlimi: əfsanəvi Qırmızı Qəsəbə

Bir müddət əvvəl Amerikanın "The Jewish Journal” nəşri Azərbaycanın Quba rayonunda yerləşən və dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbə ilə bağlı material dərc edib. Məqalənin müəllifi Milix Yevdayevdir. Yazını ANN.Az oxucularına təqdim edirik:
Milix Yevdayev
Qafqazın Yerusəlimi: əfsanəvi Qırmızı Qəsəbə
Qırmızı Qəsəbədə Şabbat öncəsidir və bu dəqiqələrdə Günəş doğacaq. Mən Yeni Sinaqoqdan evimə qayıdıram, yemək yemək üçün evlərinə tələsən gənc qız və oğlanları görürəm, onlar bir-birlərinə şalom deyirlər. Hər həftənin cümə günü, axşam saatlarında mən günəşn Qudyalçayın arxasında batdığını görürəm, daş divarların arxasından narıncı güllər boylanır və ətrafdakı evlərdən səbzi qovurma plovunun qoxusu gəlir, Şabbat üçün yemək hazırlayan insanlar məni və həyat yoldaşımı bizim milli yemək festivalımıza qoşulmağa çağırırlar. İsti mövsümlərdə bu kənddə günəşin şəfəqlərinə öyrəşirsən. Qış vaxtlarında isə bu sehrli məkan qar yorğanının altında qalır və günəş evlərin damlarını qucaqlayanda, sanki milyonlarla xırda almaz dənəsi müqəddəs saata qədəm qoyur.
2011-ci ildə mən hökumətimizin tikdiyi və cəmiyyətimizə hədiyyə etdiyi böyük Sinaqoqda Azərbaycanın Dağ Yəhudi icmasının lideri seçildim. Bakıdakı icmamız mənimçün çox dəyərlidir və mən orada çox vaxt keçirirəm. Ancaq ən çoxbağlılığı Qırmızı Qəsəbədə olarkən hiss edirəm, bu, elə bir hissdir ki, sanki bizim millətimizin bütün qəlbiylə bağlandığı vətəni olan İsraildə, Yersəlimdə səyahət edirsən. Azərbaycan yəhudiləri üçün Şabbatı Qırmızı Qəsəbədə keçirmək, sənin doğma evinə qayıtmağın kimi bir şeydir.
Fikrimi belə ifadə edə bilərəm, mən bizim kəndimizdə böyüyüb boya-başa çatan gənc yəhudiləri təsəvvürümə gətirirəm, bura bizim xalqımız üçün dünyanın tək-tük məkanlarından biridir ki, dinclik içərisində yaşaya biliblər. Mənim ailəm burada yaşayıb, mən özüm də burada doğulub böyümüşəm. Artıq uzun illərdir ömür sürsəm də, həyatımda elə anlar var ki, mən onları xatırlayanda, sanki zaman dayanır və mən onlara qayıdıram. Uşaqlığımı, kəndimizin təhlükəsiz və isti daşları üzərində oynadığım günləri xatırlayıram, valideynlərimlə, bacı-qardaşlarımla, digər qohumlarımla, hətta nənə-babamla birgə keçirdiyim zaman gözümün qarşısına gəlir, sanki anamın ailəsi heç uzun müddət bundan əvvəl yaşamayıb. Bu gün biz Şabbat yeməklərindən daha çox zövq alırıq, 3 övladımız və 6 nəvəmiz bizə gəlir. Mənim uşaqlığımda etdiyim kimi, uşaqlar da vaxtlarının əksər hissəsini çay kənarında, ya da istənilən dövrdə məftunedici olan bərəkətli, yenilənmiş Quba bağlarında keçirirlər.
Bu, bizim yurdumuzdur. Bizim Qırmızı Qəsəbəmizdir. Bura Azərbaycandır.
Hələ indi də bəziləri özlərinə yurd tapa bilmədikləri halda, Azərbaycan 2 min il boyunca bir çox yəhudinin arzusunda olduğu vətən olub. Tarixən Azərbaycanda məskunlaşan yəhudilər nəhayət ki, İsrailə qayıda bilənlərdən - romalıların qətliamına məruz qalanlardan, İspaniyadan qovulanlardan, Hitlerin soyqırımını yaşayanlardan daha şanslı olublar. Onlar İsraildə hələ də təhlükəsizlik məsələsində problemlərlə üzləşirlər.
Digər tərəfdən isə biz, 1,544 mil uzaqlıqda yaşayanlar bizim müsəlmanların çoxluq təşkil etdiyi xalqımızın içində Şabbatı qeyd edirik, qürurlu və təhlükəsizlikdəki yəhudi icması kimi qonşularımızla yan-yana yaşayırıq; bu torpaq həqiqi mənada sülh və anlayış məkanıdır. Azərbaycan ruhunun parlaq misalı rusca "Krasnaya Slaboda”, ingiliscə "Red Village” olan bizim Qırmızı Qəsəbəmizdir və o, hazırda İsraildən kənardakı ən böyük yəhudi yaşayış məskənlərindən biridir.
Quba ətrafında min illər ərzində yəhudilər yaşasalar da, Qırmızı Qəsəbə 1742-ci ildə yaradılıb, o zamankı Azərbaycanın Quba bölgəsinin (Quba xanlığı) müsəlman hökmdarı Hüseynəli xan bizə Qudyalçay boyunca şəhər yaratmağa və qorxusuz yaşamağa şərait yaradıb. Orijinal adı Yəhudi Kəndi olan yaşayış məskəninin adı Azərbaycan 1920-ci ildə Sovet İttifaqı tərəfindən işğal ediləndən sonra məcburən dəyişdirilib. Uzun illər boyunca kənd Qırmızı Qəsəbə adlandırıldığından, ad elə də qalıb.
Azərbaycanın sovetlərdən qopub müstəqil olduğu 24 il ərzində biz özümüzü təhlükəsizlikdə hiss edirik və qonşularımızla harmoniya içərisində yaşayırıq. Bu həmrəylik bütün Azərbaycan boyunca yəhudilərə qaytarılıb, müsəlman və xristian həmvətənlərimiz özlərini sınanmış bacı və qardaş kimi göstəriblər. Təsadüfi deyil ki, 1990-cı illərin əvvəlində Azərbaycan ərazi bütövlüyünü qorumaq üçün işğalçılarla mübarizə aparanda, çox sayda Azərbaycan yəhudisi könüllü şəkildə Azərbaycan ordusuna qoşulmuşdular.
Biz burada elə bir icmada yaşayırıq ki, əsrlər uzunu davam edən qədim ənənələrimizi yaşada və yeni gənc nəslin ənənələrini paylaşa bilirik. Həm yəhudi, həm müsəlman ailələrin uşaqlarının oxuduğu məktəbdə Yəhudi gününü biz heç bir münaqişəsiz keçirə bilirik. Biz yenə belə böyük azadlıq və sülh içərisində növbəti Şabbata hazırlaşırıq və bu faktdan Qlobal Yəhudi dünyasının böyük əksəriyyətinin xəbəri yoxdur.
Qırmızı Qəsəbədə biz müxtəlif dinlərdən və mədəniyyətlərdən olan insanlar içində qarşılıqlı hörmət və anlayış içində yaşaya bilirik. Evimə getdiyim qısa gəzinti zamanı ətrafımda səsləri eşidirəm, burnuma cümə axşamı yeməyinin qoxuları gəlir və mən gözəl təəssüratdan vəcdə gəlirəm. Günəşin batmasından bir saat əvvəl, parlaq və həzin işıqlar yenicə təmizlənən küçələrdə rəqs etdikcə və Qırmızı Qəsəbənin damları isti, çəhrayı səmanın altında canlandıqca, bu təəssürat daha da güclənir.
Mən özümü xoşbəxt hiss edirəm və buradakı qonşularıma və bütün dünyaya Şabbat Şalom deyirəm.
www.ann.az
























