• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəryolservis” nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair təklifini açıqladı

“Azəryolservis” nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair təklifini açıqladı
03.07.2015 13:18
Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının üzərində işlədiyi Tədbirlər Planı ilə bağlı təkliflə çıxış edib.

Nəqliyyat Nazirliyi "Azəryolsevis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "APA-Economics"ə bildirib ki, "Azəryolservis” ASC Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına Bakıya yük avtomobillərinin yalnız saat 24:00-dan 7:00-a qədər buraxılmasını təklif edib.
 
Eyni zamanda saat 24:00-dan 7:00-a qədər Bakıya daxil olmuş yük maşınlarının saat 7:00-dan sonra şəhərdə hərəkətinə icazə verilməməsi də təklifdə əksini tapıb:  "Yəni saat 24:00-dan 7:00-a qədər yük maşınları şəhərdə hərəkət edə bilər, ancaq 7:00-dan sonra bu yük maşınlarının şəhərdə hərəkət etməməsi barədə şərt gözlənilməlidir. Səhər saat 7:00-dan gecə saat 24:00-a qədər yük maşınları olduğu yerdə qalmalıdır”. 
 
A. Nəcəfli onu da qeyd edib ki, indiyə qədər yük maşınlarının Bakıya daxil olması ilə bağlı müəyyən məhdudiyyətlər qoyulsa da, günorta saatlarınla şəhərin müxtəlif hissələrində yük maşınları hərəkət edib: ""Azəryolservis” ASC bu təklifi irəli sürməklə bu sahədə tənzimlənməyə nail olmaq istəyir. Bu təkliflə bağlı son qərarı Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası verəcək”.
 
Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunlarında iştirak edən idmançıların, eləcə də tədbirə gəlmiş xarici qonaqların hələ də paytaxtda olmaları ilə əlaqədar Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin müraciətinə əsasən, Oyunlar ərəfəsində yol hərəkətinə tətbiq edilmiş müəyyən məhdudiyyətlərin vaxtı 10 gün müddətinə uzadılıb.
 
Oyunlar zamanı paytaxtda nəqliyyatın hərəkətinin təşkilindən, eləcə də nəqliyyat sıxlığının aradan qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən, habelə bunların şəhərin ekoloji durumuna da müsbət təsirindən məmnun qalan şəhər sakinlərinin çoxsaylı müraciəti əsasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən paytaxtda nəqliyyat problemlərinin həlli üzrə müvafiq Tədbirlər Planının hazırlanması üçün Komissiya üzvlərinin iştirakı ilə iclaslar keçirilir, müzakirələr aparılır.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol