• $
  • €
  • ₽
  • ₺
  • £

İşğal altında olan 7 rayonun qaytarılması yenidən gündəmdə - AÇIQLAMALAR

İşğal altında olan 7 rayonun qaytarılması yenidən gündəmdə - AÇIQLAMALAR
03.07.2015 13:10
"Əgər müstəqil olduğunu deyən Ermənistan bu cür yardımlarla təmin olunursa, onlar hansı müstəqillikdən danışırlar” - bunu ANN.Az-a açıqlamasında Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbəri Fərəc Quliyev deyib. O, işğal altında olan ərazilərdən 7 rayon qaytarılarsa, Ermənistanın da Türkiyə və Azərbaycan blokadasından çıxa bilməsi məsələsinə belə münasibət bildirib.
 
 

Deputat Fərəc Quliyev Azərbaycan tərəfinin bir mənalı şəkildə həmişə erməni qoşunlarının  Dağlıq Qarabağ və ətraf ərazilərdən çıxarılmasını tələb etdiyini xatırladıb: "Azərbaycan tərəfi mərhələli şəkildə qoşunların Qarabağdan çıxarılması variant ilə bağlı danışıqlar aparıb. Yəni, birinci mərhələdə bir neçə rayonun qaytarılması, ikinci mərhələdə torpaqlardan bütünlüklə erməni qoşunlarının çıxarılması tələb olunub. Amma təbii ki, bu anlaşma daha detallı şəkildə dövlət orqanları tərəfindən müəyyənləşməlidir”. 

Rusiyanın Dağlıq Qarabağın rayonlarının qaytarılmasında siyasi maraqların olub-olmaması məsələsinə gəlincə, deputat F.Quliyev  Rusiya tərəfinin aktivlik göstərməsinə dair konkret bir fakt olmadığını vurğulayıb: "Biz hələ ancaq onu görür ki,  Rusiya tərəfi Ermənistanı silah-sursatla təmin edir, bundan başqa Rusiya "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”nda (KTMT) Ermənistan tərəfinə dəstək olacağını dəfələrlə bildirib, maliyyə yardım edib və.s. Əgər müstəqil olduğunu deyən bir dövlət bu cür yardımlarla təmin olunursa, onlar hansı müstəqillikdən danışırlar?! Ola bilsin ki, bizim rayonların qaytarılması məsələsində Rusiyanın nəsə bir siyasəti olduğu deyilsin, amma, necə deyərlər, faktiki görülən  işlərdə Rusiya ilə bağlı heç bir addıma rast gəlinmir”.  
 
 

Mövzu ilə bağlı fikirlərini dilə gətirən politoloq Zərdüşt Əlizadə müharibə olan dövlətlər arasında müxtəlif  sülh variantlarının müzakirə edilməsini təbii sayıb: "Əgər 7 rayonun qaytarılması məsələsi rəsmi şəkildə bəyan olunarsa, Azərbaycan tərəfi bu təkliflə razılaşacaq. Amma reallıq bundan ibarətdir ki, Ermənistan işğal altında olan rayonları özbaşına, icazəsiz qaytara bilməz. Bu məsələni birbaşa Rusiya həll edir, Ermənistan isə burda köməkçi rolu oynayır, daha dəqiq desək bir alətdir. Rusiya istəsə, bu problemi həll edəcək, Ermənistan tərəfinin bu məsələdə öz azad bir fikri yoxdur. Rusiyadan asılı olan bu "müstəqil” dövlətin öz təşəbbüsü, bu problemli məsələdə öz sözünü demək hüququ yoxdur. Bu səbəbdən Dağlıq Qarabağ problemində ancaq Rusiya nəsə bir fikir bildirərsə, o zaman danışıqlar barədə irəliləyiş ola bilər”.
 
 

Politoloq Ərəstun Oruclu  Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markovun Ermənistanın 7 rayonun qaytarılmasının ciddi bir söhbət olmadığını deyib: "Sergey Markov Rusiya hökumət dairələrinə, siyasətçilərinə və diplomatlarına ən yaxın olan adamlardan biridir. Bir çox hallarda Rusiya hökuməti bir çox məlumatı onun dili ilə bildirirlər. Ola bilsin, bu məsələni də Rusiya rəsmiləri bildiriblər və bunu Markovun dilə ilə mətbuata yayırlar.Yəqin ki, ruslar bununla Azərbaycana bir mesaj göndəriblər ki, bu məsələyə yenidən baxa bilərik. Markovun bəyanatında bildirib ki, əgər bu 7 rayon qaytarılarsa, Ermənistan Azərbaycan və Türkiyə tərəfindən olan blokada şəraitindən çıxacaq – bu yalnız fikir olaraq deyilib. Çünki Rusiya üçün maraqlı deyil ki, Ermənistanla Türkiyənin sərhədi açılsın, ya açılmasın”. 

Ə.Oruclu eyni zamanda Ermənistanla Rusiyanın mütəffiq olduğunu xatırladıb: "Buna sübut olaraq Ermənistanın 200 milyon dollarlıq kreditinə Rusiya hökümətinin dəstəyi, Ermənistanda ardı-arası kəsilməyən aksiyaların yatırılmasına Rusiyanın yardımları və.s. yada salmaq lazımdır. Ümumilikdə isə, Rusiyanın Qafqaz planında Ermənistan ən prioritet tərəfdaşıdır”.   

Orxan Aslanlı


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol