• $
  • €
  • ₽
  • ₺
  • £

Tibbi sığorta təşkilatları üçün yeni tələb

Tibbi sığorta təşkilatları üçün yeni tələb
05.07.2015 09:59
"Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası”nda dəyişikliklər edib.
 
APA-nın məlumatına görə, qüvvədə olan Qaydaya əsasən müqavilənin bağlanması üçün sığortalı müvafiq tibbi sığorta təşkilatına ərizə ilə müraciət etməlidir və ərizədə hüquqi şəxslər üçün hüquqi şəxsin adı, hüquqi ünvanı, onun bank rekvizitləri və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), fiziki şəxslər üçün sığortalının ünvanı, soyadı, adı, atasının adı, telefonu, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün isə həmçinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), soyadı, adı, atasının adı, doğulduğu yer, cinsi, daimi yaşayış yeri, iş yeri və icra edilən işin xüsusiyyəti göstərilməklə sığorta olunan vətəndaşların siyahısı, sığorta haqqının məbləğini müəyyən etmək üçün əhəmiyyətli olan başqa məlumatlar (sağlamlıq göstəriciləri haqqında və s.) və könüllü tibbi sığorta müqaviləsi üçün əlavə olaraq sığorta tibbi xidmətlərinin siyahısı və sığorta təminatının şərtləri öz əksini tapmalıdır.
 
Dəyişiklik isə tibbi sığorta təşkilatları ilə bağlı tələbi müəyyənləşdirir. Dəyişikliyə əsasən tibbi sığorta təşkilatı icbari tibbi sığorta üzrə müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan sığortalıyla icbari tibbi sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Eyni zamanda tibbi sığorta təşkilatı  könüllü tibbi sığorta müqaviləsi bağlamağın mümkün olması barədə beş iş günü ərzində qərar qəbul etməli və bu barədə sığorta edənin ərizəsində müvafiq qeyd aparmalıdır. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol