• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatr növbəti ilkə imza atdı - Fotolar

Musiqili Teatr növbəti ilkə imza atdı - Fotolar
06.07.2015 12:26

Azərbaycan Dövlət Musiqili Teatrı növbəti ilkə imza atıb.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğli bildirib ki, Musiqili Teatr 105-ci mövsümünün başa çatması ilə əlaqədar yaradıcılıq fəaliyyətləri ilə seçilən, uğurlu rolları, sənət uğurları, öz peşələri ilə hər kəs tərəfindən sevilən, teatrın inkişafina xidmət edən əməkdaşlarını mükafatlandırıb.
 
Mükafatlandırma mərasimində çıxış edən teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qeyd edib ki, teatr tariximizdə ilk dəfə arxada qalan mövsümün belə bir bayram əhval-ruhiyyəli tədbirlə dəyərləndirilməsi xüsusilə gənclərin gələcək fəaliyyətlərində mühüm rol oynayacaq, onlara böyük stimul verəcək. Sonra çox gözəl estetik zövqlə təşkil olunmuş tədbirdə mükafatlandırma mərasimi keçirilib. Gültac Əlili "Mövsümün aktrisası”, Amil Həsənoğlu "Mövsümün aktyoru”, Cəlalə Novruzlu "Mövsümün ən yaxşı balet artisti”, Səma Cəfərova "Mövsümün ən yaxşı xor artisti”, Hacı Məmmədov "Mövsümün ən yaxşı musiqiçisi (orkestr artisti)”, Yelena Almazova "Mövsümün ən yaxşı sex rəisi”, Məcid Hüseynov "Mövsümün ən yaxşı texniki işçisi”, Əzizağa Əzizov "Mövsümün sevilən aktyoru”, Əliməmməd Novruzov "Mövsümün prespektivli aktyoru”, Svetlana Bulax "İlin yubiliyarı”  və Nabat Səmədova "Günün yubiliyarı” və seçilib. Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluş verdiyi "Toya bir gün qalmış” tamaşası isə "İlin ən yaxşı tamaşası” nominasiyasının qalibi olub. Sonra Azərbaycan Respublikasının Xalq artisti Hüseynağa Sadıxovun ailəsinin təsis etdiyi  Hüseynağa Sadıxov adına "Billur alma” mükafatı Əməkdar artist Səidə Şərifəliyevaya və aktyor Səmədzadə Xasıyevə təqdim olunub. Bütün qaliblərə pul mükafatları və xüsusi prizlər verilib.
 
Daha sonra aktyorlar Emil Heydərov, Marina Litvenonko, Mehriban Zalıyeva və Elnarə Nağdəliyeva mövsüm boyu göstərdikləri səmərəli fəaliyyətlərinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri diplomları ilə təltif olunublar. Diplomları qaliblərə Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov təqdim edib. Mükafatlandırma mərasimindən sonra tədbir konsert proqramıyla davam edib.
 






www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol