• $
  • €
  • ₽
  • ₺
  • £

“Gürcü azarkeşlərin stadionda asdığı baner onların tariximizi bilməməsindən irəli gəlir”

“Gürcü azarkeşlərin stadionda asdığı baner onların tariximizi bilməməsindən irəli gəlir”
06.07.2015 20:06
"”Dinamo” ilə Azərbaycanın "Qəbələ” komandasının görüşü zamanı baş verən insidentdən təəssüflənirəm. Azarkeşlərin stadionda asdığı baner onların tariximizi bilməməsindən irəli gəlir. Düşünürəm ki, iyulun 9-da "Qəbələ” azarkeşləri bizi gülərüzlə qarşılayacaq və hər hansı insident baş verməyəcək”.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri "Dinamo” (Tbilisi) klubunun mətbuat xidmətinin rəhbəri Georgi Pirtsxeliani deyib. O xatırladıb ki, ötən il Gürcüstanın "Çixura” komandasının Türkiyənin "Bursaspor” və Bakının "Nefti” komandaları ilə oyunu zamanı da bənzər hadisələr baş vermişdi: "Hadisə ilə bağlı "Dinamo”nun rəhbərliyi bəyanat verib və bu hadisəni pisləyib. Hazırda  Gürcüstan Daxili İşlər Nazirliyi ciddi araşdırma aparır. Nazirliyin bu barədə bəyanatı da gözlənilir”.
 
Gürcüstan Futbol Federasiyasının mətbuat xidmətinin nümayəndəsi Eka Eloşvili isə hadisə barədə bir söz deyə bilməyəcəyini söyləyib: "Biz rəsmi məktub gözlədik, məhz buna görə sizə insidentlə bağlı açıqlama verə bilməyəcəyik. Bizə heç kim müraciət etməyib. Hadisədən xəbərdaram, mətbuatda gedən bütün xəbərləri izləmişəm. Yenə qeyd edirəm ki, biz rəsmi olaraq heç bir müraciət almamışıq və insidenti də təsdiq edə bilmərik. Mənim bildiklərin qeyri-rəsmi məlumatlardır”.
 
E. Eloşvili Gürcüstan baş nazirinin bu mövzuda bəyanatına da münasibət bildirib: "Bu, baş nazirin öz işidir”.
 
Gürcüstan Gənclər və İdman Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Dimitri Qvaratsxeliya isə azərbaycanlı jurnalistlərlə söhbət zamanı nazirin işdə olmadığını və açıqlama verməyəcəyini deyib: "Bu insidentlə bağlı suallara Gürcüstan Futbol Federasiyası cavab verməlidir. Çünki onların vəzifəsi stadionda bütün təşkilatçılıq və təhlükəsizlik işlərini görməkdir. Mən baş verən insidentə təəssüfləndiyimi bildirirəm”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol