• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur rus müğənni Azərbaycana buraxılmayacaq!

Məşhur rus müğənni Azərbaycana buraxılmayacaq!
06.07.2015 20:14
"Lyubov Kazarnovskaya Azərbaycanın "Dövlət sərhədi haqqında” qanunu pozaraq, qeyri-qanuni şəkildə ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edib”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev rusiyalı opera müğənnisi Lyubov Kazarnovskayanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, müvafiq prosedur qaydalarına uyğun olaraq aparılan araşdırma nəticəsində bu şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək: "İncəsənət xadimləri sülhə və barışığa xidmət etməli olduqları halda Lyubov Kazarnovskayanın Azərbaycanın işğal olunmuş ərazilərində etdiyi açıqlamaları Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını, işğal olunmuş ərazilərdə və hətta Ermənistan ərazisində Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləməni təşviq edir. Azərbaycanın işğal olunmuş ərazilərində musiqi mərkəzinin yaradılmasından bəhs edən Lyubov Kazarnovskaya bilməlidir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərdə törətdiyi vəhşiliklər nəticəsində Azərbaycan xalqının maddi-mədəni irsi, o cümlədən dahi sənətkarlar yetişdirən Qarabağ musiqi məktəbi talan, dağıntı və virana məruz qoyulub”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol