• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqların valideyn xoşbəxtliyinə təsiri

Uşaqların valideyn xoşbəxtliyinə təsiri
29.05.2020 08:56
Yeni tədqiqatın materiallarını "Demography” jurnalında təqdim ediblər.

Böyük ümummilli tədqiqatların materialları əsasında demoqraflar aşkar ediblər ki, valideynlər uşaqların doğulmasına bir qədər qalmış və onlar doğulduqdan bir müddət sonra maksimal xoşbəxt olurlar, sonra isə xoşbəxtlik hissi tədricən azalmağa başlayır. Bundan başqa, uşaqlar bir qədər yaşa dolmuş valideynləri (34 yaşından sonra) xoşbəxt edir, nisbətən gənc vaideynlərdə (18-22 yaş) məyusluq artıq doğuş zamanı yaranır. Yeni tədqiqatın materiallarını "Demography” jurnalında təqdim ediblər.

Alimlər iki nəhəng – alman SOEP (burada sorğular 1984-cü ildən aparılır) və Britaniyanın BHPS (burada sorğular 1991-ci ildən aparılır) tədqiqat paneli ilə işləyiblər. Onlar sorğuda iştirak edən insanların ilk övladlarının olacağı dövrdən, son övladlarının böyüməsinə qədər qane olma səviyyəsinin necə dəyişdiyi ilə maraqlanıblar.  

Müəyyən edilib ki, hər iki ölkənin kişi və qadınlarında övladlarının dünyaya gəlməsi ilə əlaqədar xoşbəxt olma səviyyələri onun dünyaya gəlməsinə bir il qalmışdan başlayaraq, uşağın bir yaşına kimi davam edir. Atalardan fərqli olaraq analarda bu həyatdan razı olma və xoşbəxtlik hissinin səviyyəsi daha kəskin başlasa da, çox ehmalca enir, başqa sözlərlə desək, uşaqların dünyaya gəlməsi anaları atalardan daha çox sevindirir.

Cinsi mənsubiyyət fərqindən başqa yaş həddinin göstəricisi də mühüm rol oynayır. Gənclərdə uşağın doğulmasından meydana çıxan xoşbəxtlik səviyyəsi o, dünyaya gəlməmiş enir. Valideynlərin yaşı çox olduqca uşağın dünyaya gəlməsindən hiss etdikləri sevinc daha çox olur.       

Valideynlərin xoşbəxtliyinə təsir edən üçüncü mühüm amil uşaqların sayıdır. İkinci uşaq dünyaya gəldikdə eyni sevinc həyəcanı olur, üçüncü uşağın dünyaya gəlməsi isə avropalı valideynlərdə heç bir müsbət emosiyaya səbəb olmur.     

Aşkar edilən qanunauyğunluqlar, alimlərin qeyd etdiklərinə görə, dəqiqliklə son onilliklərin tendensiyasını əks etdirir: dünyaya uşaq gətirmək yaşının artması və çoxuşaqlı ailələrin payının azalması.

Bir çox alimlər, dünyaya uşaq gətirmək üçün daha yuxarı yaşın seçilməsinin, subyektiv üstünlüklərə baxmayaraq, uşağın sağlamlığına neqativ təsir göstərəcəyindən ehtiyat edirlər. Belə ki, 2015-ci ilin iyun ayında bioloqlar müəyyən ediblər ki, kişilərin ata olma yaşı birbaşa olaraq uşaqların sağlamlığına təsir edir: 20 yaşından başlayaraq mayalanmaya qədər yaşanan hər bir il üçün uşağın ölüm riski bir faiz artır.  


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol