• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sakinlər 180 min manat cərimə olundu

Bakıda sakinlər 180 min manat cərimə olundu
09.07.2015 09:46
Paytaxtda bir çox məhəllələrdə zibil qablarının təmizlənməməsi problemi yaşanır. Mərkəzi hissələrdə heç bir problem olmasa da daxili məhəllələrdə problem özünü biruzə verir. Həm görüntüsü, həm də qoxusu ilə.

Yay fəslində binaların qarşısında yerləşdirilən zibil qablarına atılan məişət tullantıları və onların günün istisində ətrafa verdiyi ifunət iyi, şəhər sakinlərini narahat edən əsas məsələlərdəndir.

İsti havalarda pəncərəsini açıb təmiz hava qəbul etmək istəyən və ya həyətə düşərək dincəlmək arzusunda olanlar zibil qablarında yığılıb qalan tullantıların verdiyi üfunət iyini ciyərlərinə çəkməli olur.

Baş çəkdiyi ərazilərdə ANS əməkdaşı həm dolub-daşan, ətrafında yığılıb qalan zibil qalıqlarına, həm də boş olan qablara rast gəlib.

Kimi məişət tullantılarının vaxtlı-vaxtında daşınmamasından, kimi də sakinlərin məsuliyyətsizliyindən gileyləndi.

Yaranmış vəziyyətlə bağlı baş çəkdiyimiz ərazilərdəki MİS rəisləri müsahibə verməsələr də, şifahi olaraq bildirdilər ki, hər gün təyin olunmuş ərazilərdən zibil qabları maşınlara boşaldılaraq, ərazidən aparılır. Lazım olan yerlərə də yeniləri qoyulur.

O ki qaldı, zibil qablarının ətrafında yığılan tullantılara, burada sakinlərin də günahı az deyil. Çünki, onlar tullantıları qabların içinə yox ətrafına qoyub gedirlər. Amma buna baxmayaraq biz əlavə işçılər əraziyə təyin edərək ətrafı təmizləyirik.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyunun 16-dan 30-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb.

Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı qeydə alınan pozuntulara qarşı tədbirlər görülüb.

"Apardığımız araşdırmalar zaman ümumilikdə 185 akt və protokol tərtib olunub. Eyni zamanda qanun pozuntusuna yol vermiş 62 şəxs 180 min manat məbləğində cərimə olunub. Eləcə də ətraf mühitin çirkləndirilməsilə bağlı ayrı-ayrı fiziki və hüquqi şəxslərə 85 min manat məbləğində ödəmə tətbiq edilmişdir”, – deyə departamentin sektor müdiri Raqib Mirzəyev qeyd edib.

Odur ki, istər yerli qurumlar, istərsə də sakinlər bu məsələdə bir az diqqətli və məsuliyyətli olsalar, bu xoşagəlməz hallar geridə qalar.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol