• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ayın sonuna kimi meyvə-tərəvəz ucuzlaşacaq

Bu ayın sonuna kimi meyvə-tərəvəz ucuzlaşacaq
09.07.2015 11:59
Əhali satışa çıxarılan meyvə-tərəvəzin qiymətinin baha olmasından şikayətlənir

 "Azərbaycandakı bazarlarda qiymətlər sərbəst, liberal xarakter daşıyır və qiymətləri bazar tənzimləyir. Yaxın 10-15 günə meyvə -tərəvəz bazara kütləvi şəkildə çıxarılacaq və qiymətlər daha da ucuzlaşacaq". Bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev sakinlərin satışa çıxarılan meyvə-tərəvəzin qiymətinin baha olması ilə bağlı şikayətlərinə aydınlıq gətirərkən bildirib.

Onun sözlərinə görə, son illərin təcrübəsi, habelə aparılan monitorinqlər göstərir ki, meyvə-tərəvəz məhsulları mövsümündə yetişən zaman bazara kütləvi şəkildə çıxarılanda ucuzlaşma baş verir.

"Məsələn, keçən həftə kartof, soğan, pomidor, xiyarın qiyməti 50-60% ucuzlaşıb. İndi bazarlarda kartof 30-40 qəpik, pomidor 40 qəpiyə satılır. Ümumiyyətlə, yetişmə fazasından sonra kənd təsərürfatı məshulları bazara çıxarılanda xeyıi ucuz olur", - deyə M.Hacıyev əlavə edib.

Qeyd edək ki, kənd təsərrüfatı mütəxəssisləri qeyd edirlər ki, Azərbaycanda bu il iqlim şərati kənd təsərrüfatı məhsulları üçün əlverişli keçib. Mütəxəssislər bu şəratin meyvə və tərəvəzin məhsuldarlığına da yaxşı təsir göstərdiyini bildirirlər. Lakin Bakı sakinləri satışa çıxarılan meyvə-tərəvəzin qiymətinin baha olmasından, satıcılar isə həm məhsulun kəndlidən baha almaqdan, həm də məhsulun azlığından gileylənirlər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol