• $
  • €
  • ₽
  • ₺
  • £

12 siyasi partiyanın dövlət qeydiyyatı ləğv oluna bilər

12 siyasi partiyanın dövlət qeydiyyatı ləğv oluna bilər
28.05.2020 21:39
Natiq Məmmədov: "Mərkəzi Seçki Komissiyası illik maliyyə hesabatını təqdim etməyən 12 siyasi partiya ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib”

2014-cü ilin illik maliyyə hesabatını təqdim etməyən 12 siyasi partiya ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) Ədliyyə Nazirliyinə müraciət edib.
 
APA-nın məlumatına görə, bu barədə MSK sədrinin müavini Natiq Məmmədov bildirib.
 
Maliyyə hesabatı təqdim etməyən partiyaların adını açıqlamayan N. Məmmədov Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 33-nün keçən ilin maliyyə hesabatını MSK-ya təqdim etdiyini, hazırda hesabatların araşdırıldığını qeyd edib: "Təqdim edilən hesabatlarda müəyyən nöqsanlar var. Bu nöqsanların bir qismi MSK-ya maliyyə hesabatlarının siyasi partiyalar tərəfindən ilk dəfə təqdim olunması təcrübəsi, bir qismi partiyaların öz mövqeyi, bir qismi isə partiyaların fəaliyyətinin keyfiyyət xarakteri ilə bağlıdır. Amma bunlara baxmayaraq, hesab edirəm ki, ictimaiyyət müəyyən edilən müddətdə MSK-nın saytında yaradılan xüsusi bölmədə yerləşdiriləcək siyasi partiyaların hesabatı ilə tanış ola biləcək”.
 
Qeyd edək ki,  2014-cü il oktyabrın 1-də Milli Məclis "Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edib. Əvvəllər siyasi partiyalar illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim ediblər. Dəyişikliyə əsasən siyasi partiyalar bu ildən başlayaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidir. Eyni zamanda MSK bu barədə məlumatları internet saytında yerləşdirilməli və ictimaiyyət məlumatlandırılmalıdır. Ədliyyə Nazirliyinin maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların dövlət qeydiyyatını ləğv etmək səlahiyyəti var. Ancaq MSK-nın aprelin 7-də keçirilən iclasında MSK  katibi Arifə Muxtarova qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni aprelin 1-dək dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan yalnız 22-inin illik maliyyə hesabatını MSK-ya təqdim etdiyini açıqlamışdı. MSK sədri Məzahir Pənahov da MSK-nın aprelin 7-də keçirilən iclasında bildirmişdi ki, indiyə qədər siyasi partiyaların fəaliyyəti Ədliyyə Nazirliyi tərəfindən dayandırılmayıb. M. Pənahov vurğulamışdı ki, istəmirlər ki, maliyyə hesabatı təqdim etməyən partiyalarla bağlı MSK Ədliyyə Nazirliyinə müraciət etsin, Ədliyyə  Nazirliyi də MSK-nın fəaliyyəti nəticəsində siyasi partiyaların fəaliyyətini dayandırsın. Buna görə də MSK aprelin 1-dən sonra da siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə davam edib. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol