• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan millisi FİFA reytinqində 7 pillə irəlilədi

Azərbaycan millisi FİFA reytinqində 7 pillə irəlilədi
09.07.2015 14:09
Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, dünyanın 209 yığmasının yer aldığı cədvəl yığmalar üçün xüsusi əhəmiyyət daşıyır.

Belə ki, DÇ-2018-in seçmə mərhələsinin püşkatması üçün səbətlər məhz bu reytinqə əsasən müəyyənləşdiriləcək.

Yeni siyahıda ciddi dəyişikliklər baş verib. Buna səbəb iyunun 4-də açıqlanan cədvəldən sonrakı 35 gün müddətində millilərin iştirakı ilə müxtəlif statuslu matçların baş tutmasıdır. AVRO-2016 və DÇ-2018-in seçmə oyunları, Amerika kuboku, həmçinin yoldaşlıq görüşləri siyahıda əksini tapıb.

İyunun 7-də Serbiya ilə yoxlama matçında 1:4 hesabı ilə uduzub, ayın 12-də AVRO-2016-nın seçmə mərhələsinin Norveçlə görüşündə 1 xal qazanan Azərbaycan millisi irəliləyişə nail olub. Xal hesabı 302-yə yüksələn Robert Prosineçkinin yetirmələri mövqeyini 7 pillə yaxşılaşdırıb. Hazırda komandamız dünyanın 108-cisi adına şərikdir.

Millimiz Litva, Syerra-Leone, Bəhreyn, Namibiya, Botsvana, Sent-Vinsent və Qrenadin, Filippin, Madaqaskar, Keniya yığmalarını arxada qoyaraq, Malaviyə çatıb. İki komanda – Niger və Liviya isə daha böyük sıçrayışla millimizi də keçib.

Millimiz və "qonşuları”

104 (107). Kuba - 313
105 (100). Makedoniya - 311
105 (93). Qvatemala - 311
107 (104). Antiqua və Barbuda – 303
108 (115). AZƏRBAYCAN – 302
108 (95). Malavi - 302
110 (96). Litva - 301
111 (83). Syerra-Leone - 300
112 (119). Zimbabve - 290
113 (106). Bəhreyn – 282

Siyahıya nəzər salsaq, "onluq”da da böyük dəyişiklik var. Almaniyanı taxtdan salan Argentina 2 pillə irəliləyərək, zirvədə qərarlaşıb. Bu, Belçikanı da geriləməsinə səbəb olub. Uels 12, İngiltərə 6, Rumıniya 4 addımlıq sıçrayışla 10 ən yaxşı komanda sırasına daxil olub. İspaniya, Uruqvay və Fransa isə buradakı yerini itirib.

İlk "onluq”

1 (3). Argentina – 1473
2 (1). Almaniya – 1411
3 (2). Belçika – 1244
4 (4). Kolumbiya – 1217
5 (6). Hollandiya – 1204

6 (5). Braziliya – 1186
7 (7). Portuqaliya – 1177
8 (12). Rumıniya - 1166
9 (15). İngiltərə - 1157
10 (22). Uels - 1155        

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibinin də mövqeyi dəyişib. Xorvatiya təxmini cədvəldə 4 pillə irəliləyibsə, İtaliya eyni qədər geriləməyə üzülüb. Norveç 3, Bolqarıstan 6, Malta isə 13 addım geri düşüb.

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

14 (18). Xorvatiya – 1023
17 (13). İtaliya – 1001
67 (64). Norveç - 495
68 (62). Bolqarıstan - 489
158 (145). Malta – 157
 
Qeyd edək ki, qonşu Türkiyə yığması siyahıda hesabında olan 627 xalla 9 pillə irəliləyib. "Ay-ulduzlular” burada 48-ci yerə yüksəlib.



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol