• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı gəncdən 2.5 milyonluq layihə

Azərbaycanlı gəncdən 2.5 milyonluq layihə
09.07.2015 14:18
Azərbaycanlı gənc həmtəsisçisi və əsas səhmdarlarından olduğu "Eurekite” şirkəti ABŞ-ın "Cottonwood” investisiya şirkəti tərəfindən 2.5 milyon avro qiymətləndirmədə 1 milyon avro investisiya barəsində müqaviləyə imzalayıb.

ANS PRESS-in məlumatına görə, bu Bəhruz Məmmədovdur. 

"Eurekite” şirkəti Niderlanda yerləşir və Avropanın ən böyük nanotexnologiya institutu olan "Mesa+” Nanotexnologiyalar İnstitutundan törəmə şirkətdir. Şirkətin əsas istiqaməti nanomaterial əsasında yeni tip elektron cihazları hazırlamaqdır. Şirkət öz texnologiyalarından istifadə edərək yeni tip temperatura davamlı sensorların və millimetr dalğa uzunluğunda işləyən radar texnologiyalarının inkişaf etdirilməsi ilə məşğuldur. 

"Bir çox şirkət verdiyimiz ideyalar və şirkətimiz haqqında maraqlandı. Bir neçə şirkət öz investisiyalarını təklif etsə də, sonda "Cottonwood”la anlaşdıq. 

"Cottonwood” investisiya şirkəti tərəfindən qoyulan sərmayə şirkətin beynəlxalq səviyyədə partnyorlar tapmasına və tez bir zamanda məhsulun beynəlxalq bazara çıxmasına zəmin yaradacaq. İlkin razılaşmaya əsasən bir ildən sonra 10-20 milyon avro arası 2-ci mərhələ investisiyanın olması gözlənilir. Nanotexnologiya Azərbaycanda inkişaf etməyib, amma çalışacağam ki, şirkət daha da güclənəndən sonra Azərbaycana da öz töhfəmi verim”.

Bəhruz Məmmədov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olub. Karyerasına "Buxar” şirkətlər qrupunda kimyaçı vəzifəsində başlayıb. 2009-cu ildə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat şirkətində kimyaçı kimi çalışıb. 

Qısa müddətdə Əməliyyat işləri üzrə mühəndis və istehsalat işləri aparıcı mühəndisi vəzifəsinə yüksəlib. 2012- ci ildə Niderland Krallığının "Twente” Universitetində Kimya mühəndisliyi fakültəsində magistr təhsilinə başlayıb. 2014-cü ildə dünyanın ən böyük kimya şirkəti olan BASF-da nanokatalizatorların sintezi üzrə mühəndis köməkçisi vəzifəsində çalışıb. 

2014-cü ilin oktyabr ayında həmtəsisçi olaraq "Eurekite” şirkətinin əsasını qoyub. O, hazırda "Eurikte” şirkətinin əsas səhmdarlarından biri olmaqla yanaşı, maliyyə və əməliyyat işləri üzrə direktor vəzifəsində çalışır.

Bəhruz Məmmədov ilk azərbaycanlı gəncdir ki, nanotexnologiya sahəsində beynəlxalq şirkətin əsasını qoyub. DJB-nin İdarə Heyətinin üzvü olan Bəhruz Məmmədov Azərbaycanla bağlı keçirilən beynəlxalq tədbirlərdə də ölkəmizi uğurla təmsil edir.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol