• $
  • €
  • ₽
  • ₺
  • £

Mətbuat Şurasından növbəti film: "Durun gedək evimizə…"

Mətbuat Şurasından növbəti film: "Durun gedək evimizə…"
09.07.2015 23:16
Azərbaycan Mətbuat Şurasının "Milli mətbuatımız, istiqlal yolumuz" silsiləsindən növbəti sənədli filmi görkəmli ictimai xadim, yazıçı, jurnalist və tərcüməçi Ceyhun Hacıbəyliyə həsr olunub.

Şuradan Trend-ə verilən məlumata görə, Azərbaycan milli mətbuatının 140 illik yubileyi ərəfəsində ərsəyə gəlmiş "Durun gedək evimizə…" filminin ilk nümayişi Qəbələdə baş tutub.

"Azərbaycan milli mətbuatı -140: inkişaf yolu və müasir dövrün çağırışları" çərçivəsindəki konfransda reallaşdırılmış nümayişi MŞ İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, dövlət rəsmiləri, yerli ictimaiyyətin və mətbuat orqanlarının nümayəndələri izləyiblər. Filmdə C.Hacıbəylinin həyat yolunun spesifik cəhətləri, onun Azərbaycanda milli özünüdərk proseslərindəki xidmətləri, ictimai xadim, yazıçı və jurnalist kimi fəaliyyəti sadalanıb. Bu zaman yerli və xarici ölkələrdəki arxivlərin materiallarına istinad edilib.

Qeyd edək ki, "Durun gedək evimizə…" filminin layihə rəhbəri MŞ sədri Əflatun Amaşov, ideya rəhbəri MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev, ssenari müəllifi isə tanınmış telejurnalist Bəxtiyar Qaracadır. İndiyədək "Milli mətbuatımız, istiqlal yolumuz" silsiləsindən görkəmli icimai-siyasi xadimlər - Həsən bəy Zərdabiyə, Əli bəy Hüseynzadəyə, Məmməd Əmin Rəsulzadəyə, Əhməd bəy Ağaoğluya, Məmmədağa Şaxtaxtlıya, həmçinin Azərbaycanda ilk qadın mətbuat orqanı olan "İşıq" qəzetinin fəaliyyətinə həsr olunmuş sənədli filmlər çəkilib.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol