• $
  • €
  • ₽
  • ₺
  • £

“Qәbәlә” vә “İnter” 2-ci mәrhәlәdә

“Qәbәlә” vә “İnter” 2-ci mәrhәlәdә
09.07.2015 22:58
Bu gün UEFA Avropa Liqasında 1 təsnifat mərhələsinin görüşləri keçiriləcək. 

"Qafqazinfo” xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli turnirində təmsil edən 3 komandada meydana çıxacaq. 

3 təmsilçimizdən biri – "Neftçi” səfərdə meydana çıxacaq. "Ağ-qaralar” Monteneqro paytaxtı Padqoritsada ilk oyunda 2:2-lik bərabərlik etdiyi "Mladost”la üz-üzə gələcək. Görüş Bakı vaxtilə saat 23:30-da başlayacaq.

Səfərdə Gürcüstanın "Dinamo” (Tbilisi) klubuna 1:2 hesabı ilə uduzan "Qəbələ” bu dəfə doğma azarkeşlər önündə meydana çıxacaq. Bu matçın start fiti saat 21:00-da veriləcək.

Albaniyada "Laçi” klubu ilə 1:1-lik heç-heçə edib vətənə sərfəli nəticə ilə dönən "İnter” də evdə oynayacaq. Bu qarşılaşma da saat 21:00-da başlayacaq. 

Avropa Liqası

Birinci təsnifat mərhələsi

Cavab oyunu, 9 iyul

 

23:30. "Mladost” (Monteneqro) – "Neftçi” (Azərbaycan)

Hakimlər: Kevin Klensi, Alastair Mazer, Stüart Yan Makmillan, Brayan Kolvin (hamısı Şotlandiya)

Podqoritsa. Şəhər stadionu

İlk oyun – 2:2

 

21:00. "Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tiflis, Gürcüstan)

Hakimlər: Amori Deleru, Loran Stien, Mişel Annonye, Sebastyan Moreyra (hamısı Fransa)

Qəbələ. Şəhər stadionu

İlk oyun – 1:2



21:00. "İnter" (Azərbaycan) - "Laçi" (Albaniya)

Hakimlər: Aleksandr Əliyev, Sergey Vassyutin, Samat Terqussizov, Denis İzmaylov (hamısı Qazaxıstan)

Bakı. "İnter Arena” stadionu

İlk oyun – 1:1

***

"Qəbələ" və "İnter"in oyununda ikinci hissə başladı.

***

Asif Mәmmәdov 89-cu dәqiqәdə rəqib komandanın qapısına qol vurub.

***

Oyunun 90-cı dəqiqəsində "Qəbələ" futbolçusu Aleksey Antonov klubun hesabını artırıb, hesab 2:0.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol