• $
  • €
  • ₽
  • ₺
  • £

XİN rusiyalı opera müğənnisini "arzuolunmaz şəxs" elan etdi

XİN rusiyalı opera müğənnisini "arzuolunmaz şəxs" elan etdi
10.07.2015 13:04
Azərbaycan Xarici İşlər Nazirliyi rusiyalı opera müğənnisi Lyubov Kazarnovskaya və biznesmen Qerman Sterliqovun adlarını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Bu barədə "Report"a XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. 

O qeyd edib ki, ziddiyyətli bioqrafiyası olan Qerman Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə getməzdən əvvəl işğal olunmuş ərazilərin Ermənistanın bank sistemi ilə əlaqəli şəkildə çirklu pulların yuyulması və digər kriminal fəaliyyətlərin həyata keçirilməsi üçün münbit məkan olduğunu, yəqin ki bilməmiş deyildi: "Etnik və dini əsasda təfriqəçi baxışları ilə fərqlənən Sterliqovun işğal altında olan tarixi Azərbaycan şəhəri olan Şuşada "insani dəyərlər”dən danışması heç bir mənəvi, etik və hüquqi çərçivəyə sığmır. "İnsani dəyərlər”dən danışan şəxs bu ərazilərdən bir milyondan artıq azərbaycanlının faşizm ideologiyasına xas qanlı etnik təmizləmə nəticəsində Ermənistan tərəfindən didərgin salındığını heç olmasa anlamalıdır".

XİN sözçüsü deyib ki, Q.Sterliqovun işğal olunmuş ərazilərdə mətbuat konfransı keçirmək barədə təxribatçı açıqlaması bu şəxsin və əlbir olduğu qondarma kriminal rejimin uğursuz "özünü reklam” cəhdindən başqa bir şey deyildir: "KİV nümayəndələrini bu təxribata uymamaq və işğal olunmuş ərazilərə qanunsuz səfərdən yayınmaq barədə xəbərdar edirik.

KİV nümayəndələrinin qanunsuz şəkildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfərləri "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında" qanunun və xarici KİV nümayəndələri üçün nəzərdə tutulmuş akkreditasiya qaydalarının kobud şəkildə pozulmasıdır. Qanunsuz səfər həyata keçirildiyi təqdirdə, bu kimi KİV nümayəndələri "arzuedilməz şəxslər” siyahısına daxil ediləcəklər".      

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol