• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyx prezidentə Ramazan əfvi üçün müracət edəcəkmi?

Şeyx prezidentə Ramazan əfvi üçün müracət edəcəkmi?
11.07.2015 09:40
On bir ayın sultanı müqəddəs Ramazan ayının başa çatmasına sayılı günlər qalır. Bu ərəfədə ölkədə Ramazan əfvinin verilə biləcəyi ilə bağlı ümidlər də var və bəzi ekspertlər bunu mümkün sayır. Düzdür, indiyə qədər ölkəmizdə Ramazan əfvi olmayıb və məhbus ailələrinin sevindirilməsi hadisəsi adətən digər bayramlara təsadüf edir. 


Deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə də bir müddət öncə Ramazan bayramı münasibətilə gözlənilən Əfv sərəncamı haqqında danışarkən demişdi ki, əfvin olub-olmaması prezident İlham Əliyevin şəxsi sərəncamında olan məsələdir, çünki bu səlahiyyət Azərbaycan Respublikasının Konstitusiyası ilə dövlət başçısına verilib. "Ola bilsin ki, Ramazan ayının başa çatması münasibətilə ölkə rəhbəri tərəfindən belə bir əfv sərəncamı verilsin”-deputat bildirmişdi. 

Yeri gəlmişkən, müsəlman ölkələrində Ramazan əfvinin verilməsi artıq normaya çevrilib. İki il öncə İranda Ramazan ərəfəsində 11,5 min məhbus əfv olundu. Həmçinin 2013-cü ildə Küveyt əmiri  Sabah əs-Sabah onu təhqir etdiyinə görə həbs edilən məhbusları Ramazanın son 10 günlüyü münasibətilə əfv etmişdi. Qeyd edək ki, müqəddəs Ramazan ayının şərəfinə əfv fərmanları bu region üçün ənənə halına çevrilib. 2011-ci ildə isə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Ramazan  bayramı ərəfəsində 3 min 700 yüz nəfərdən çox dustağı əfv etmişdi. 

Bəzi müşahidəçilər hesab edir ki, Azərbaycanda bu ənənənin əsasının qoyulması üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Hacı Allahşükür Paşazadənin ölkə prezidentinə müraciəti yerinə düşərdi. Hesab olunur ki, əgər Şeyx həzrətləri ölkədə birlik və həmrəyliyin bərqərar olması, xarici düşmənlərə dövlət və millət olaraq mesaj verməyimiz üçün belə bir addımın atılması zərurəti barədə çağırış edərsə, ölkə rəhbərliyi onun mövqeyinə biganə qalmaz. 

Ən azı ona görə ki, Şeyx Hacı Allahşükür Paşazadənin mövqeyi hakimiyyət tərəfindən də qiymətləndirilir və dini lider kimi sözünün çəkisi var. Qeyd edək ki, hər orucluq ayında Şeyx ölkə prezidentini öz evinə eftar süfrəsinə dəvət edir. Böyük inam var ki, elə gözlənilən növbəti iftar məclisində bir çox digərləri ilə yanaşı, siyasi motivlərlə həbsdə olan şəxslərin də əfvi barədə xahiş edərsə, o zaman prezident onun sözünü eşidə və Ramazan əfvi imzalana bilər.

Şeyxin belə bir istəyinin olub-olmadığını dəqiqləşdirmək üçün Qafqaz Müsəlmanları İdarəsinə müraciət etsək də, zənglərimiz cavabsız qaldı. (musavat.com)





www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol