• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda məhkəmə kompleksinin təməli qoyuldu

Sumqayıtda məhkəmə kompleksinin təməli qoyuldu
29.05.2020 08:56
Dünya Bankı ilə birgə həyata keçirilən "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində Sumqayıt şəhərində 5 məhkəmənin yerləşəcəyi müasir məhkəmə kompleksinin təməlqoyma mərasimi keçirilib.
 
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Sumqayıt Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Dünya Bankının təmsilçisi, habelə hakimlər, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Tədbirdə qeyd olunub ki, inşa olunacaq məhkəmə kompleksinin ümumi sahəsi 1.25 hektardır. Bina 5 mərtəbədən və zirzəmidən ibarət olmaqla müasir milli memarlıq üslubunda layihələndirilib. Digər yeni məhkəmə binalarında olduğu kimi, bu kompleks də ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio- və video,  "elektron məhkəmə" informasiya sistemləri və digər zəruri infrastruktur quraşdırılacaq.
 
Tədbir iştirakçıları Sumqayıt Məhkəmə Kompleksinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olub, kompleksin təməli qoyulub.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol